Sumqayıtda ərdən DƏHŞƏTLİ ƏMƏL: Hamilə arvadını dənizdə... - YENİLƏNDİ

Baxış sayı: 
115
1  
0  

Avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.
 
Sumqayıt şəhər prokurorluğundan Publika.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
 
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
 
 
Sumqayıtda dəniz daha bir can alıb.
 
Publika.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində qeydə alınıb.
 
Boğulmaqda olan qadın sudan çıxarılsa da onu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Onun 4 aylıq hamilə olduğu bildirilir.
 
Mərhumun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...