Sülhəddin Əkbər: “Mütəllibovun buna qarşı çıxmağa gücü çatmazdı”

Baxış sayı: 
47
1  
0  

Ayaz Mütəllibov yalnız o mənada haqlıdır ki, dövlət müstəqilliyi onun prezidentliyi dövrünə təsadüf edib. O, dövrdə Mütəllibovun buna qarşı çıxmağa gücü çatmazdı.

Turaninfo.org xəbər verir ki,Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, istiqlalçı deputat Sülhəddin Əkbər sabiq prezident Ayaz Mütəllibovun “müstəqilliyi təmin edən şəxs mən olmuşam” fikrini şərh edərkən deyib.

Sülhəddin Əkbər əlavə edib ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsinin milli azadlıq hərəkatının qələbəsi olduğu heç kimə sirr deyil:

“Milli azadlıq mübarizəsinin hərakatverici qüvvəsi Azərbaycan xalqı, onun liderliyini edən isə Azərbaycan Xalq Cəbhəsi və onun parlamentdəki təmsilçiləri, Demokratik Azərbaycan Blokudur. Bu artıq tarixdir və kimsəninsə bunu dəyişməyə gücü yetməz. Sadəcə formal olaraq həmin dövrdə qəbul olunan Konstitusiya Aktında Mütəllibovun imzası var”.

S. Əkbər qeyd edib ki, Mütəllibovun indinin özündə belə Azərbaycanın müstəqilliyini tərəfdarı olmasına şübhə edir: “Onun son çıxışı açıq göstərir ki, SSRİ-nin dağılmasına heyfslənir”.
S. Əkbər əlavə edib ki, 1991-ci ildə Azərbaycanda baş verən proseslərlə Mütəllibovun indi söylədiyi fikir arasında ciddi fərq var:

“Demokratik Azərbaycan Bloku, insanlar müstəqillik uğrunda mübarizə aparanda Ayaz Mütəllibov 1991-ci ilin martında yenilənmiş SSRİ-nin saxlanılması üçün referendum keçirirdi. Biz etiraz olaraq parlamentdə aclıq aksiyası keçirirdik. Sovet əsgərləri bizi oradan zorla çıxardılar. Nəhayətdə “QKÇP”-ni cəmi iki respublika rəhbəri dəstəkləmişdi ki, onlardan biri Mütəllibov idi. Bunları əsla unutmamalıdır.”

Загрузка...
Загрузка...