“Sülhə imza atan istənilən erməninin nə ömrü, nə də hakimiyyəti uzun olmayacaq”

Baxış sayı: 
110
1  
0  

Eldar Namazov: “Onlar bu addıma dəlilik və özünüməhv kimi baxır”
Bu günlərdə ölkəmizdə 2016-cı ilin aprel döyüşlərinin üçüncü ildönümü qeyd olunur. Hər zaman olduğu kimi, ildönümü ərəfəsində də Qarabağ probleminin həlli, işğaldakı torpaqlarımızın azadlığı ilə bağlı müxtəlif təkliflər, ümid və gözləntilər dilə gətirilsə də, təəssüf ki, Azərbaycanın ən ağrılı probleminin real həlli istiqamətində heç bir rəliləyiş yoxdur.
moderator.az olaraq politoloq Eldar Namazovla söhbətimizdə Qarabağ probleminin mümkün həlli yollarına aydınlıq gətirməklə yanaşı, Azərbaycan və Ermənistan arasında aparılan diplomatik danışıqlar, erməni cəmiyyətinin problemə baxışı və s. kimi məsələləri də şərh etməyə çalışdıq.
 
“Ermənistanın diplomatik heç-heçə oynamaq imkanı var, amma...”
 
-Eldar bəy, 2016-cı ilin uğurlu aprel döyüşlərindən sonra Azərbnaycan cəmiyyətində belə bir ümid yaranmışdı ki, erməni ordusunun məğlubiyyəti İrəvanı danışıqlar masasına əyləşməyə, problemin sülh yolu ilə həllinə vadar edəcək. Lakin təəssüflər olsun ki, aprel döyüşlərindən üç il keçsə də, problemin diplomatik müstəvidə həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Sizcə aprel döyüşlərinin təkrarlanması, Ermənistanın daha bir neçə lokal döyüşdə məğlub edilməsi İrəvanın problemə baxışını dəyişdirə, onu münaqişənin sülh yolu ilə həllinə vadar edə bilərmi?
 
-Əslinə qalsa, bu sualın cavabı diplomatik danışıqlar kontejksindən xeyli uzağa çıxır. Söhbət artıq Vyana danışıqlarında kimin nə deməsindən, kimin hansı suala necə cavab verməsindən getmir.
Bu gün Qarabağ problemi ilə bağlı vəziyyət kifayət qədər aydındır. Həm Ermənistan, həm Azərbaycanın siyasi rəhbərliyi, həm də beynəlxalq təşkilatlara vəziyyət bəllidir. Faktiki olaraq, Ermənistan rəhbərliyi iki seçim arasındadır. Bu seçimlərdən biri diplomatik sahədə Azərbaycanla heç-heçə oynanaq. Yəni Madrid prinsipləri əsasında mərhələli plan üzrə Dağlıq Qarabağ ətrafında işğal edilən əraziləri azad etmək, qondarma Dağlıq Qarabağ “Respublikası” ilə bağlı müvəqqəti status qoparmaq seçimi var. Qeyd edim ki, bu, müstəqillik deyil. Lakin Bakıya birbaşa tabeçilik də deyil. Əslinə qalsa, bu, diplomatik heç-heçədir. Heç kim deyə bilməz ki, burada kimsə qalib çıxdı.
 
“İkinci yol müharibədir və bu yol Ermənistana məğlubiyyət vəd edir”
 
-Bəs ikinci seçim, ikinci variant nədən ibarətdir?
 
-İkinci seçim müharibədir. Hansı ki, bu, Ermənistan üçün ağır və qaçılmaz məğlubiyyət deməkdir. Ermənilər bu iki məsələdən birini seçməlidir: ya diplomatik müstəvidə heç-heçə oynamaq, ya da müharibədə ağır məğlubiyyətə uğramaq. Ağlı başında olan normal cəmiyyətlərdə bu variantlar arasıdna seçim etmək üçün heç bir çətinlik olmur. Bütün cəmiyyətlər adətən diplomatik heç-heçəni seçərlər, nəinki ağır hərbi məğlubiyyəti. Ermənilər isə başqa millətlərdən xeyli fərqlənirlər. Hansı ki, bunu hamı yaxşı bilir.
 
“Ermənilərin terrorçu dəstələri daha çox erməniləri qırıblar, nəinki türkləri...”
 
-Sizcə erməni cəmiyyətini, eləcə də Ermənistan hakimiyyətini düzgün seçim etməyə qoymayan nədir? Niyə hərbi müstəvidə məğlubiyyəti mütləq olan Ermənistan problemin sülh yolu ilə həllindən imtina etməklə öz faciəsini hazırlayır?
 
-Erməni cəmiyyətində dəhşətli qorxu hissi hakimdir. Onlar özləri-özlərindən həddindən artıq qorxurlar. Millətçi-terrorçu əhval-ruhiyyə XIX əsrin sonrlarından, XX əsrin əvvəllərindən erməni cəmiyyətində hökm sürür. Ermənilərin terrorçu dəstələri daha çox erməniləri qırıblar, nəinki türkləri. Onların ilk terror aktları da məhz ermənilərə qarşı yönəlib. Erməni terror təşkilatlarına pul verməyən, onları dəstəkləməyən, verdiyi tapşırıqlara əməl etməyən ermənilər elə erməni terror təşkilatları tərəfindən də məhv edilib, cəzalandırılıb. Bu gün də həmin ənənə erməni cəmiyyətində davam edir. Yaxın tarix bu cür faktlarla zəngindir. Baxın, Levon Ter-Petrosyan mərhələli plana razılıq vermək istəyəndə onu devirdilər, hakimiyyətinə son qoydular. Koçaryanın dönəmində, İstanbul sammiti ərəfəsində müəyyən kompromislərə getmək variantı müzakirə olunanda, Ermənistan parlamentinə daxil olan terrorçular Ermənistan rəhbərliyinin bir neçə nümayəndəsini qətlə yetirdilər. Bütün bunlar terrorçu əhval-ruhiyyənin təzhürüdür.
 
“Sərkisyan güzəştlərə getmək niyyətini bildirəndən sonra elə bir şey oldu ki...”
 
-Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın hakimiyyətdən getməsində də sizcə bu amil hansısa dərəcədə rol oynadımı?
 
-Təbii. Aprel döyüşlərindən sorna Serj Sərkisyan müəyyən güzəştlərə getmək haqqında fikirləşəndə və bununla bağlı Dağlıq Qarabağda müşavirə keçirəndən, Dağlıq Qarabağın ətrafında işğal edilən ərazilərin azad edilməsi ilə bağlı təklif səsləndirəndən bir neçə həftə sonra İrəvanın mərkəzində polislərə hücuum oldu. Bir neçə polis qətlə yetirildi. Terrorçular Sərkisyan hakimiyyətini asılı vəziyyətə gətirdilər.
 
“İrəvan razıdır ki, Azərbaycan problemi hərbi yolla həll etsin, yetər ki...”
 
-Demək belə çıxır ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı diplomatik danışıqlardan çəkindirən öz sələflərinin acı taleyi, qorxunc aqibətidir?
 
-Bəli. Paşinyan da, başqaları da başa düşür ki, Azərbaycanla sülh sazişi imzalayan siyasətçinin nə ömrü, nə də hakimiyyəti uzun olmayacaq. Erməni cəmiyyətinin daxilindəki əhval-ruhiyyə, terror ənənəsi ona gətirib çıxardır ki, Ermənistanın başında dayanan siyasətçi düşünür ki, mən dəliyəm ki, gedib Azərbaycanla sülh sazişi imzalayım? Qoy Azərbaycan ordusu əməliyyat keçirsin, torpaqlarını azad etsin.
 
“Paşinyan Ermənistanın hərbi məğlubiyyətə min dənə bəhanə tapacaq”
 
-Bəs erməni ordusunun müharibədəki məğlubiyyəti Paşinyanı erməni cəmiyyəti qarşısında cavab verməyə məcbur etməyəcəkmi?
 
-Paşinyan düşünür ki, müharibədə məğlubiyyətə min dənə bəhanə taparam. Deyərəm ki, bizim Azərbaycandan fərqli olaraq neft pullarımız olmayıb, bu qədər silah-sursat ala bilməmişik, Rusiya bizə söz versə də arxamızda durmadı  və s. Ermənistan rəhbərliyi ağır hərbi məğlubiyyətə yüz bəhanə tapmağa hazırdır, yetər ki, özünün, ailəsinin təhlükəsizliyini təmin etsin, öz hakimiyyətini qorusun.
Torparların azad edilməsi ilə bağlı sazişə imza atmaq ermənilərin də xeyrinədir. Dağlıq Qarabağdakı erməni icması da qorunub saxlanılar. Onun müvəqqəti statusu olur və s. Ancaq Ermənistan rəhbərliyi düşünür ki, buna görə məni öldürəcəklər. Ona görə də düşünür ki, qoy Azərbaycan bu torpaqları hərbi yolla azad etsin. Vəziyyət bundan ibarətdir.
 
“Diplomatik danışıqlardan nəticə gözləmək sadəlövhlük molar”
-Bütün bu deyilənləri ümumiləşdirsək, söyləmək olarmı ki, Qarabağ problemini diplomatik yolla həll etmək üçün Azərbaycan tərəfinin ortaya qoyduğu səylər tamamilə əbəs və faydasızdır?
 
-Azərbaycan tərəfi anlamalıdır ki, bu danışıqlar sadəcə görüntü xarakteri daşıyır. Bu danışıqların Azərbaycaan yalnız bir xeyri ola bilər ki, Azərbaycan dünyaya sübut etsin ki, Ermənistan işğal etdiyi torpaqları azad etmək istəmir və bizim müharibə etməkdən başqa yolumuz qalmayıb. Bu həqiqəti dünya ictimaiyyətinin beyninə yeritmək üçün yəqin ki, prezident, xarici işlər naziri səviyyəsində görüşlərə getmək lazımdır. Lakin bu görüşlərdən hansısa bir nəticə gözləmək sadəlövhlük olar.
 
“Yalnız hərbi yolla işğaldakı torpaqlarımızı azad edə bilərik”
 
-Bəs işğal edilmiş torpaqların azadlığı necə, hansı yolla təmin edilməlidir?
 
-Yalnız hərbi yolla biz işğaldakı torpaqlarımızı azad edə bilərik. Düşünürəm ki, problemin yeganə həlli yolu məhz budur.

Загрузка...
Загрузка...