Süleymaninin gizli danışıqlar apardığı ortaya çıxdı - Şok detallar

Baxış sayı: 
115
2  
0  

 
İranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra bəlli olub ki, İranla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) arasında aparılan məxfi görüşləri o təşkil edibmiş.
 
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
 
Nəşrin məlumatına görə, 2019-cu ilin sentyabrında BƏƏ ABŞ-ın xəbəri olmadan İranla gizli danışıqlar aparıb. Sentyabr ayında Əbu-Dabiyə gələn İran rəsmiləri BƏƏ rəsmiləri ilə görüşlər keçirib.
 
Digər oxşar görüş isə İraq və Pakistanın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında olub. Bu görüşü də Bağdadda öldürülən general Qasım Süleymani təşkil edibmiş.
 
İrana qarşı ABŞ-la birlikdə hərəkət edən BƏƏ-nin Tehranla görüşlərə başlamasını öyrənən Vaşinqton “maksimum təzyiq” siyasətinin çökə biləcəyindən narahat olub.
 
Məhz bu hadisələrdən qısa müddət sonra Qasım Süleymani İraq paytaxtında ABŞ-ın xüsusi əməliyyatı nəticəsində öldürülüb.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...