Səudiyyənin 7 klanı gizli toplandı: ŞAHZADƏ SALMAN DEVRİLİR

Baxış sayı: 
62
0  
0  

Jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı Ər-Riyada təzyiqlərin güclənməsi, kral ailəsini vəliəhd şahzadə Məhəmməd bin Salmanın xələfini axtarmağa məcbur edib.

Turaninfo.org  axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Le Fiqaro” qəzeti etibarlı mənbəsinə istinadən yayıb. Məlumata görə, 7 əsas klanı birləşdirən Müdriklər Şurası artıq bir neçə gündür gizli iclas keçirir:

“Ekspertlərin fikrincə, bu şura vəliəhd şahzadə üçün müavin təyin edə bilər. Bu vəzifə 2017-ci ildə Məhəmməd bin Salman vəliəhd təyin olunanda ləğv edilib. Vəliəhd şahzadənin müavini vəzifəsinə 30 yaşlı Xalid bin Salman təyin edilə bilər. O, vəliəhd şahzadənin kiçik qardaşıdır və keçən həftə ABŞ-daki səfir vəzifəsindən uzaqlaşaraq geriyə qayıdıb.

Əgər Xalid bin Salman müavin təyin edilsə, bu, Məhəmməd bin Salmanın vəliəhd vəzifəsindən getməsinin yaxın olduğunu göstərəcək. Lakin bu proses dərhal baş verməyəcək”.

Загрузка...
Загрузка...