Səudiyyə Ərəbistanı milyarderi çılpaq fotoları ilə şantaj etməkdə suçlanır (FOTO)

Baxış sayı: 
104
1  
0  

Dünyanın ən zəngin iş adamı, “Amazon” onlayn satış saytının sahibi Ceff Bezosun “National Enquirer” e-jurnalını onu siyasi motivlərlə şantaj etməkdə suçladığı haqqında məlumat vermişdik.
Bu məsələ ilə bağlı yeni detallar ortaya çıxıb. Ceff Bezos şantaj edilməsində Səudiyyə Ərəbistanının da əlinin olmasına işarə edib. Lakin Səudiyyə Ərəbistanı bu iddiaları rədd edərək, təkzib edib.
 
“National Enquirer” jurnalı Ceff Bezosun 25 illik həyat yoldaşından ayrılmasına səbəb olmuşdu. Belə ki, jurnal milyarderin sevgilisi ilə olan fotolarını üzə çıxarmışdı. Ceff Bezosun tanınmış aparıcı Loren Sançeslə birlikdə fotoları yayımlanmışdı.
 
Milyarder hazırda bu sevgilisi ilə çılpaq şəkildə olan görüntüləri üzərindən şantaj edilir. Milyarder bu məsələ ilə bağlı araşdırma apardığını və şantajın onun siyasi mövqeyi ilə bağlı olub-olmadığını aydınlaşıdrmaq istədiyini deyib.
 
 
Bildirək ki, Ceff Bezos Donald Trampa qarşı sərt müxalif mövqeyi ilə bilinən “The Washington Post” qəzetinin də sahibidir.
 
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr iddiaları rədd edərək, belə bir işdə onların əlinin olmadığını deyib.
 
 
Nazir aylar öncə dünyanın gündəmini sarsan şahzadənin jurnalistin ölüm əmrini verməsi məsələsini də yenidən diqqətə gətirərək, bütün bunların çirkin kampaniya olduğunu bildirib: “Liderliyimiz qırmızı cizgimizdir. Liderliyimiz ölkəni idarə etməkdir. Mənə görə bizə nə edəcəyimizi diktə edəcək insanlarla əbəs yerə dialoqa girməməyimiz lazımdır. Bu əsassız iddialar dövlətimizə qarşı aparılan yeni çirkin bir kampaniyadır”.
 
Qeyd edək ki, Ceff Bezosun Səudiyyə Ərəbistanı ilə işbirliyi içində olduğunu iddia etdiyi “National Enquirer” jurnalı ötən il Məhəmməd bin Salman tərəfindən aparılan islahatlar haqqında 100 səhifəlik nəşr hazırlamışdı. İddialara görə, ABŞ-da yerləşən sözügedən jurnalın maliyyə dəstəkçisi Səudiyyə Ərəbistanıdır.
 
Turan Oruc,
Musavat.com

Загрузка...
Загрузка...