​Stressi azaltmağın yolu: Yuxu və gülüşdən daha təsirlidir

Baxış sayı: 
40
1  
0  

Alimlər bildirirlər ki, həftədə bir dəfə ağlamaq psixika üçün xeyirlidir.
Turaninfo.org Medicina.az-a istinadən məlumatına görə, yapon alimləri müəyyən ediblər ki, həftədə bir dəfə axıdılan göz yaşları  insanın mental sağlamlığına bir fincan çobanyastığı çayından da yaxşı təsir göstərə bilər. 
Təəccüblü səslənsə də bu belədir.  
Ağlamaq stressi azaltmaq üçün yuxu və gülüşdən daha effektivdir. 
Alimlərin sözlərinə görə, emosianal musiqi dinləmək, kədərli filmlərə baxmaq əhval-ruhiyyə üçün  önəmlidir. Belə ki, bu yolla ürək ritmini zəiflədən parasimpatik sinirlərin aktivliyi artır. 
"Əgər siz həftədə bir dəfə ağlayırsınızsa onda stressiz yaşaya bilərsiz” deyə alimlər bildirirlər. .
2008-ci ildə 3000 nəfərin iştirakı ilə aparıla eksperimentdə ağlamağın insan psixikasına təsiri öyrənilib. Əldə edilən nəticələr müəlliflərə onu deməyə imkan verir ki, ağlamaq bir terapiya formasıdır.

Загрузка...
Загрузка...