Stadionda izdiham: onlarla ölü, yüzlərlə yaralı var – Foto

Baxış sayı: 
147
1  
0  

Tanzaniyada Kilimancaro dağının ətəklərində yerləşən Moşi rayonunda dəhşətli hadisə baş verib.
 
Axar.az Publika.az-a istinadən xəbər verir ki, xristianların stadionda təşkil etdiyi dini ayin zamanı baş verən izdiham nəticəsində 5-i uşaq olmaqla 30-dan çox insan həyatını itirib. 200-ə qədər yaralı var. Məlumata görə, hadisə gecə saatlarında baş verib. Olay zamanı stadionda minlərlə insan olub.
 
İzdihamın hansı səbəbdən baş verdiyi məlum deyil. Qeyd edək ki, Tanzaniyada yoxsullara xoş gələcək vəd edən onlarla saxta rahib ortaya çıxıb. Onların təşkil etdiyi ayinlərə minlərlə insan toplaşır.

Загрузка...
Загрузка...