Səs-küylü serialda Heydər Əliyev rolunda çəkilən məşhur: “Mehriban Əliyeva dostuma dedi ki...”

Baxış sayı: 
106
2  
0  

Rusiyanın Birinci kanalında görkəmli müğənni Müslüm Maqomayev və opera müğənnisi Tamara Sinyavskayanın eşq hekayəsindən bəhs edən "Maqomayev" serialı davam edir. Çəkilişlərin bir hissəsi Bakıda baş tutub. Layihədə sadəcə aktyorlar deyil, İlya Reznik kimi Maqomayevi tanıyan sənətkarlar da iştirak edib.
publika.az xəbər verir ki, serialın ilk mövsümünün 4-cü seriaysında Azərbaycanın keçmiş prezidenti, Ulu öndər Heydər Əliyev rolunu elə tanınmış bəstəkar və şair İlya Reznik canlandırıb. O, Maqomayev üçün də daxil olmaqla üç mindən çox mahnı yazıb.
"Moskva-Bakı" portalına verdiyi müsahibədə bəstəkar Maqomayevlə dostluğundan, eləcə də layihədə canlandırdığı Heydər Əliyev obrazından söz açıb: “Dördüncü seriyada çox minnətdar olduğum Heydər Əliyev obrazında çıxış etmişəm. Həmişə deyirəm ki, ilk kitabımın Bakıda nəşr olunması Heydər Əliyevin iştirakı sayəsində baş verib. Heydər Əliyevlə məni Müslüm və Alla tanış edib. Güman edirəm ki, bu rol mənim Heydər Əliyevə bənzərliyimə görə baş verdi, onunla bir neçə dəfə görüşüb söhbət etmək imkanım olub. Müslümü ən az Heydər Əliyevin ona pərəstiş etdiyi qədər sevirəm. O, Müslümə həqiqətən ata qayğısı göstərib, böyük dayaq olub, Heydər Əliyev onun mənəvi atası idi. Çəkiliş zamanı mənim üzərimə düşən vəzifə sadə idi: Müslümə oğul kimi yanaşmaq”.
Musiqiçi İlham Əliyevlə münasibətlərində də söz açıb: “Bir dostum olimpiya tədbirlərinə hazırlıq mərhələsində bununla əlaqədar İlham Əliyevlə görüşmək üçün Bakıya getmişdi. Heydər Əliyev haqqında yazdığım şeiri və xatirələrimi də onunla göndərmişdim. Dostum Azərbaycan Prezidenti ilə görüşdən xoş sözlərlə qayıtdı, birinci xanım Mehriban Əliyeva salamlarını çatdırmışdı və qonaq dəvət etmişdi. Bunu eşitmək çox xoş idi, amma hələ də bu dəvətdən yararlanmamışıq. Mənim üçün bu dəvət artıq böyük hörmət əlamətidir, odur ki, təşəkkür edirəm”.


 

Загрузка...
Загрузка...