Sərxoş sürücü Səngəçalda ağır qəza törətdi - FOTO

Baxış sayı: 
36
1  
0  
Bakı - Astara yolunun Səngəçal (Qaradağ rayonu) qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 

Oxu.Az-ın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən "Mersedes” markalı minik avtomobili "Volvo” yük avtomobilinə çırpılıb. Nəticədə "Volvo” yoldan çıxaraq aşıb.
 

Qəza nəticəsində 3 nəfər, o cümlədən hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. 
 
Hadisə yerinə gələn polis əməkdaşlarının sözlərinə görə, "Mersedes”in sürücüsü sərxoş vəziyyətdə olub.
 

Faktla bağlı texniki ekspertiza aparılır.

 

www.anews.az

 
 
Загрузка...
Загрузка...