Sərnişinləri təhlükəyə atan avtobus sürücüsü - VİDEO

Baxış sayı: 
53
1  
0  

Bakının avtobus nəqliyyatında yol hərəkəti qaydalarını pozaraq sərnişinlərin həyatını təhlükəyə atan, eləcə də digər nəqliyyat vasitələri üçün təhlükə yaradan sürücülərlə bağlı məlumatlara mətbuatda tez-tez rast gəlinir. Belə hallarla mübarizə gücləndirilsə və qaydalara hörmətsizlik edən sürücülər cəzalandırılsa da, avtobus sürücülərinin qayda pozması halları hələ də mövcuddur. 

Turaninfo.org avtosfer.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri sentyabrın 19-da Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. 

211 saylı marşrut üzrə hərəkət edən 10 TF 967 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus səhər saatlarında - nəqliyyatın gur vaxtında bir neçə dəfə qarşı hərəkət zolağına çıxmaqla təhlükəli vəziyyət yaradıb. 

Hadisəni əks etdirən həvəskar görüntüləri təqdim edirik:

Загрузка...
Загрузка...