Şərif Şərifov yarımfinala yüksəldi (YENİLƏNDİ)

Baxış sayı: 
39
1  
0  

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.
 
97 kq çəki dərəcəsində çıxış edən Şərifov gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.
 
İlk hissəni 2:0 hesablı üstünlüklə tamamlayan Şərifov fasilədən sonra daha 4 xal alaraq, yarımfinala yüksəlib.
 
***
 
11:31
 
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünü keçirib.
 
97 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionunun rəqibi ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsev olub. İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.
 
Görüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 4:0.
 
***
 
10:06
 
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ilk görüşünü keçirib.
 
97 kq çəki dərəcəsində çıxış edən Şərifov təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə cənubi koreyalı Minvon Seu ilə üz-üzə gəlib.
 
İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.
 
Olimpiya, dünya və Avropa çempionunun 1/8 finalda rəqibi ukraynalı Valeri Andreytsev olacaq.
 
***
 
09:55
 
Azərbaycanın sərbəst güləşçisi Aleksandr Qostiyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə məğlubiyyətlə başlayıb.
 
Publika.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Qostiyev təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə özbəkistanlı Cavrail Şapiyevə uduzub - 1:4.
 
***
 
08:50
 
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
 
Publika.az xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start veriləcək.
 
Ötən gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
 
61 kq
 
1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba)
 
79 kq
 
1/8 final. Cəbrayıl Həsənov - Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi
 
86 kq
 
Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan)
 
97 kq
 
Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya)
 
Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Загрузка...
Загрузка...