Sərdar Ortac: “Fransız maşınına minəcəyinizə, at arabasına minin”

Baxış sayı: 
317
2  
0  

Tanınmış müğənni Sərdar Ortaç da vətəndaşları Fransanı boykot etməyə səsləyib.

 

Pravda.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun göstərdiyi mövqeyə görə Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarını bu ölkənin istehsalı olan məhsulları boykot etməyə çağırıb.

 

Müğənni də bu çağırışa qoşularaq "Fransız maşınına minəcəyinizə, at arabasına minin"- deyə yazıb.

 

Qeyd edək ki, Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan müsəlmanların küfr hesab etdiyi Məhəmməd Peyğəmbərin Fransada nümayiş etdirilən karikaturalarına görə bazar ertəsi vətəndaşlarını Fransız malları almamağa çağırıb.

 
Загрузка...
Загрузка...