Sərdar Cəlaloğlunun seçki qərargahında toplantı - FOTOLAR

Baxış sayı: 
88
2  
0  

Bu gün 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu seçki qərargahında toplantı keçirilib. Toplantıda ADP sədri S. Cəlaloğlu, sədr müavini Taliyət Əliyev, seçki qərargahının rəhbəri, Ədalət Partiyasının Ali Məclisinin sədri Meydan Babayev çıxış ediblər. Tədbirdə S.Cəlaloğlunun namizədliyini verdiyi dairə üzrə təbliğat-təşviqat kampaniyasının aparılması, seçki günü görüləcək işlər planlaşdırılıb.
 
Seçki qərargahının rəhbəri M.Babayevin təklifi ilə vəkillər, müşahidəçilər, təbliğat və təşkilat qrupu müəyyənləşdirilib.  Vəkillər qrupuna Bəhruz Məmmədov, müşahidəçilər qrupuna Nizami Məmmədov,  təbliğat qrupuna isə Aydın Quliyev rəhbərlik edəcək. Həmçinin 10 vəkil, məntəqələrin sayına əsasən isə 31 müşahidəçi qeydə alınıb. Yəni hər bir məntəqədə 1 müşahidəçi olacaq.
 


Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...