SƏRDAR CƏLALOĞLU: “GƏNCƏ HADİSƏSİ BİR PRESEDENTƏ ÇEVRİLƏ BİLƏR" - MÜSAHİBƏ

Baxış sayı: 
245
0  
0  

“Elə bir rayon yoxdur ki, oranın icra hakimiyyəti xalqda böyük narazılıq yaratmasın”
 
Bir neçə gün öncə Mingəçevir İES-də ardıcıl baş vermis iki partlayış və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirələrə səbəb olub. Əksəriyyət belə fikirlərşir ki, bu hadisələr ölkəmizə qarşı xaricdən törədilmiş təxribatlardır. Maraqlıdır, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu barədə nə düşünür? Bu və digər suallarımıza cavab almaq üçün Sərdar bəylə söhbətləşdik.
 
- Əvvəla, onu deyim ki, Azərbaycanda, ümumiyyətlə, icra hakimiyyəti nümayəndələrinin xalqa münasibətində çox böyük problem oduğu heç kəsə sirr deyil. Dəfələrlə mətbuatda ayrı-ayrı icra başçılarının özbaşınalığı, vətəndaşlara qarşı qeyri-qanuni rəftarı, səlahiyyətlərindən sui-istifadə etmə halları, eyni zamanda çox böyük korrupsiya fəaliyyəti ilə məşğul olmaları haqda məlumatlar verilib. Konkret olaraq Gəncə İcra Hakimiyyətinin başçısı haqqında da heç bir yaxşı məlumat yoxdur. O, bundan əvvəl Yevlaxda işləyib. Eyni ilə Yevlaxda da onun haqqında çox mənfi münasibətlər olub. Amma bütün bunlara baxmayaraq, hansısa məmurun qeyri-qanuni fəaliyyətinə görə ona qarşı fiziki zorakılığın tətbiq edilməsi təqdirediləsi bir hadisə deyil və mən bunu qətiyyətlə pisləyirəm. Burada digər bir maraqlı məsələ meydana çıxıb. Adətən. biz sual edirik, necə olur ki, məmurlar haqqında bu qədər şikayət meydana gəlir, camaat bu qədər narazılıq edir, amma o məmurlar barədə heç bir tədbir görülmür, nə prokurorluq, nə də məhkəmə heç bir addım atmır... Konkret olaraq Gəncənin icra başçısı ilə bağlı məlum olur ki, bunun bir qardaşı respublika prokurorunun müavinidir, bir qardaşı başqa bir dövlət vəzifəsində işləyir. Beləliklə, məlum olur ki, Azərbaycanda icra hakimiyyətlərinin başçıları ilə bağlı vətəndaşların heç biri qanunauyğun tədbir görülməsinə nail ola bilməzlər. Məsələn, Xanlar Vəliyev respublika prokurorunun müavinidir, qardaşı icra başçısıdır, Camalovun qardaşı Şirvanda içra başcısıdır. Eləcə də maliyyə nazirinin yaxın qohumu Binəqədidə icra başçısıdır və xalqa divan tutur. Yüzlərlə belə fakt var. Əslində, icra başçıları daha yüksək vəzifədə təmsil olunan insanların ən yaxınları və yaxud onların bilvasitə əlinin altında olan adamlardır. Bu da bir günahsızlıq zənciri yaradır. İcra hakimiyyəti öz bildiyini edir, özündən yuxarı Nazirlər Kabinetinə, Prezident Aparatına, hüquq-mühafizə orqanlarına edilən şikayət, demək olar ki, blok edilir və vətəndaşların narazılığı günbəgün artır. Əslində, vətəndaşın öz narazılığını bu cür ifadə etməsi təhlükəli, ciddi siqnaldır. Amma burada başqa bir məqam var. Xanlar Vəliyev çıxış edib, deyir ki, bu adam özü də, anası da ermənidir. Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlığı haqqında onda məlumat var. Buradan iki nəticə çıxır. Əgər bu hadisə doğrudan da terrordursa və bu terroru edən Rusiya kəşfiyyat orqanlarının əməkdaşıdırsa, bu o deməkdir ki, Rusiya Azərbaycanda terror törədir. Belə isə Azərbaycan hökuməti ən azı Rusiyanın terrorist bir dövlət kimi tanınmasına nail olmalıdır, beynəlxlaq məhkəməyə müraciət etməlidir. Çünki bundan sonra da terror hadisələri törədilə bilər. Biz bilirik ki, vaxtilə Bakı metrosunun partladılmasında da rusların əli var idi, Ağstafada avtobus partlayıb 50 nəfər öldükdə də rusların əli var idi. İndiki halda, Vəliyev doğurdan da Rusiya kəşfiyyat orqanlarının əməkdaşı tərəfindən güllələnibsə, buna çox ciddi dövlət, prezident səviyyəsində reaksiya vermək lazımdır və ən vacibi də bu adamın Rusiyanın kəşfiyyat orqanının əməkdaşı olması barədə məlumatı zərərçəkənin qardaşı deyil, Dövlət Təhlükəsizlik Xidməti verməliydi. Bizim Dövlət Təhlükəsizlik Xidməti isə susur. Anlamaq olmur ki, doğrudan da bu adam Rusiya kəşfiyyat orqanlarının əməkdaşıdır, bu terror hadisəsidir, yoxsa vətəndaşı məmurun öşbaşnalığı bu həddə gətirib... Digər tərəfdən, bizi belə bir sual düşündürür ki, əgər doğrudan da bu, Rusiya kəşfiyyat orqanlarının əməkdaşıdırsa, Xanlar Vəliyevin dediyi kimi ermənidirsə, onda sual olunur, Azərbaycan sərhədləri necə qorunur ki, terroristlər əllərini, qollarını sallaya-sallaya Azərbaycana gəlirlər, burada silah əldə edirlər və gedib dövlətin təmsilçisnə qarşı terror edirlər? Uzun müddət deyirdilər ki, Azərbaycanda stabillik var. Amma bu fakt özü və bunların verdikləri bəyant göstərir ki, heç də belə deyil, sərhədlərimiz effektli qorunmur, istənilən terrorist gəlib ölkədə istənilən məmura qarşı bu cür terror hadisəsi törədə bilər və bunun da arxasında Azərbaycan hakimiyyətinin tez-tez dostum, qardaşım dediyi Rusiya dövləti dayanır. Azərbyacan hökumətinin Rusiyanın terrorist dövlət olması ilə bağlı əlində kifayət qədər faktlar var. Bundan qabaqkı terror hadisələrində də Rusiyanın adı hallanırdı, indi də hallanır. Xanlar Vəliyev konkret deyir ki, bu adam Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq edir. Deməli, terroru sifariş verən də Rusiyanın kəşfiyyat orqanlarıdır. Bu məsələni çox ciddi şəkildə araşdırmaq lazımdır. Burada üçüncü bir məsələ var. Bu da Türkiyədəki prezident seçkilərində HDP-nin və Dəmirdaşın ikinci və üçüncü yerdə durmasıdır. Ümumiyyətlə, Azərbyacanda PKK tərəfdarlarını himayə edən hansısa bir qüvvə var. İndi də məlum olur ki, milli mənsubiyyətinə görə bu adamlar kürddülər və bu kürdlər ən çox da Gəncə ərazisində yerləşdirilib. Bu özü başqa bir məsələni meydana çıxarır ki, Azərbaycanda Türkiyənin əleyhinə olan qüvvələri kimlərsə xüsusi qaydada yerləşdirir. Bu adamlar Azərbaycanda aşkar özbaşınalığa rəvac verirlər. Mənə elə gəlir ki, bu məsələ adi məsələ deyil. Düzdür, prezident bunu nəzarətə götürüb. Amma belə məsələlər nəzarətə götürməklə həll olunan məsələlər deyil. Burada çox güman ki, hüquq-mühafizə orqanları obyektiv təhqiqat apara bilməyəcək. Çünki zərərçəkənin qardaşı respublika prokurorunun müavinidir. Mənə elə gəlir ki, bu təhqiqatı Dövlət Təhlükəsizlik Xidməti aparmalıdır. Birincisi, zərərçəkənin qardaşı respublika prokurorunun müavinidir. Prokurorluq bu işi obyektiv araşdıra bilməz. İkincisi, onların verdiyi bəyanata görə bu faktın dalında Rusiyanın kəşfiyyat orqanları dayanır. Əgər doğrudan da bu, Rusiyanın kəçfiyyat orqanlarının əməlidirsə, bunu Dövlət Təhlükəszilik Xoidməti araşdırmalıdır və obyektiv şəkildə bu barədə xalqa da lazım olan məlumatı verməlidir. Ancaq bir şeyi demək istəyirəm ki, Azərbaycanda elə bir rayon yoxdur ki, oranın icra hakimiyyəti xalqda böyük narazılıq yaratmasın. Bu terror hadisəsinə sosial şəbəkədə əhalini böyük əksəriyyətinin təqdirlə yanaşması da göstərir ki, vətəndaşlar dövlət məmurlarının fəaliyyətindən həddindən artıq narazıdır. Prezident də bu barədə düşünməlidir və haqqında şikayət edilən dövlət məmurları işdən azad edilməlidir, harada işləməsindən asılı olmayaraq, onlar haqqında ciddi tədbirlər görülməlidir. Çünki Gəncə hadisəsi sonradan bir presedentə çevrilə bilər, Azərbaycanda xoşagəlməz hadisələr seriyasının yaranmasını meydana çıxara bilər.
 
- İcra başçısının güllələnməsi ilə Mingeçevir İES-də baş vermis hadisə arasında bir əlaqə görürsünüzmü?
 
- Onu deyim ki, Azərbaycanda 2 dəfə dalbadal eneji kəsintisinin olması, həm o qaranlıq gecədə Bakıda alov qüllələrinin üzərində erməni bayrağının dalğalanması təsadüf hesab edilə bilməz. Bilirisiniz ki, enerji məsələsi strateji bir məsələdir, dövlət təhlükəsizliyinin əsas elementlərindən biridir. Çünki bizim raketdən müdafiə sistemimiz də, rabitəmiz də elektriklə işləyir. Demək olar ki, bütün ölkədə elektrikin total şəkildə kəsilməsi Azərbaycanda dövlətin paralic edilməsinə gətirib çıxara bilr. Bunun bir neçə səbəbi ola bilər. Bunun biri səhlənkarlıq, digəri korrupsiyadır. Üçüncüsü isə qəsddir. Yəni hansısa bir xarici dövlətin əməkdaşlarının Azərbaycanda törətdiyi qəsddir. Eləcə də ola bilsin ki, Azərbaycan iqtidarının özündə xarici dövlətlərə işləyən hansısa bir məmurun əməli ola bilər. Bu faktların üçü də var. Birincisi, prezidentin dediyinə görə, indiyə qədər enerji sektoruna milyardlarla vəsait yönəldilib və məlum olub ki, Azərbaycanın eneji strukturunda heç bir dəyişilik olmayıb. İkincisi də vaxtilə Azərbaycanda Bakı şəhərində, eləcə də Şirvan şəhərində DRES deyilən istilik elektrik stansiyaları var idi. Eləcə də dövlət büdcəsindən təbii enerjiyə, yəni günəş batareyalarına, küləklə işləyən elektrik stansiyalarına milyardlar ayrılıb. İstər-istəməz sual doğur ki, ölkə nədən tək bir Mingəçerin üzərində qalıb? Tutaq ki, sabah Mingəçevir Su Elektrik Stansiyasında hər hansı bir hadisə baş versə, belə çıxır ki, Azərbaycanda heç bir alternativ mənbə yoxdur və ölkə başdan-ayağa qaranlığa düçür olacaq. Bu özü də Azərbaycanın enerji təchizatı məsələsində çox böyük qüsurların, boşluqların olduğunu göstərir. Belə hadisələr Stalin, SSRİ dövründə olsaydı, həmin enerji idarəsinin rəhbəri də, ora baxan nazir də güllələnərdi. Sovet hökumətinin son illərində isə ən azı belə hadisəyə görə baş nazirin müavinlərindən bu sahəyə baxan şəxs, eləcə də prezidnetin enerji məsələləri üzrə müşaviri varsa, o, cəzalandırılardı. Amma Azərbaycanda bu qədər dövlətin strateji maraqlarına zərbə olduğu bir vaxtda sadəcə olaraq bir töhmət verilir və yaxud irad tutulur. Bu Pirverdiyevin adı “Beynəlxalq bank”dan vəsait götürməkdə də hallanır, hansı ki, bu adam dövlətə çox böyük zərbə vurub. Bu özü də dövlət təhülkəsizliyini təhdid altına salmaq deməkdir. Bu tərəfdən məlum olur ki, bu adam enerji sektoruna illərlə ayrlımış pulları dağıdıb, heç bir yeniləşmə yoxdur, əlavə enerji mənbələri təmin edilməyib. Bu adamın bu qədər ağır cinayətləri müqabilində ona bir töhmət verilir və yaxud irad bildirilir. Mənə elə gəlir ki, belə ciddi məsələdə ciddi addımların atılmaması hakimiyytədə çox ciddi boşluq yaradacaq və bundan sonra məmurların fəaliyyətində bir o qədər məsuliyyəti olmayacaq. Çünki belə hallarda çox ağır cəzalar verilməlidir ki, digər məmurlar da nəticə çıxarsınlar, vəzifələrində səhlənkarlığa yol verməsinlər. Digər tərəfdən, bu kadrlar Azərbaycanda proteksiya, yəni qohum olduğuna, ya rüşvətlə qoyulduğuna görə, bu sahənin ciddi mütəxəssisləri, xaricdə təhsil almış adamların böyük əksəriyyəti kənarda qalıb. Yəni biz həm enerji mənbələrimzi yeniləşdirməliyik, həm də dövlət məmurlarının yeniləşdirilməsi siyasəti həyata keçirilməlidir. Yüksək təhsilli gənclər mümkün qədər bu vəzifələrə gətirilməlidir. Xüsusən bu cür strateji məsələlərdə çox ciddi biliyi, təcrübəsi olan insanlar vəzifələrə gətirilməlidir. Mənə elə gəlir ki, nəticəsindən asılı olmayaraq, eneji məsələsinə baxan Pirverdiyev ağır şəkildə cəzalandırılmalıdır, vəzifəsindən uzaqlaşdırılmalıdır və gələcəkdə belə hadisələrin qarşısını almaq üçü çox ciddi addımalar atılmalıdır. Tutaq ki, burada səbəblərdən biri təxribatdır. Istər-istəməz sual olunur: Azərbaycanın strateji obyektlərinin birində təxribatı kim törədə bilər? Bu təxribatın törədilməsinə kimlər yardımçı ola bilər? Buradan aydın olur ki, bizim ən mühüm strateji obyektimizdə dövlətin təhlkükəsizliyi risk altındadır. Çünki kimsə gəlib Mingəçevir Su Elektrik Stansiyasında təxribat törədə bilirsə, bu o deməkdir ki, müharibə şəraitində olan bir ölkə kimi dövlət təhlükəsizliyimiz kifayət qədər qorunmur. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Eyni zamanda enerji infrastrukturunun yenidən qurulmasına təcili başlamaq lazımdır. Ən yeni avadanlıqlar almaq lazımdır, alternativ enerji mənbələri yaradılmalıdır və respublikanın enerji təminatını fasiləsiz təmin etmək üçün daha ciddi dövlət proqramları həyata keçirilməlidir.
 
- Rusiya nümayəndə heyətinin qayıdışından sonra, Türkiyə-Azərbaycan ordusunun təlim keçdiyi bir müddətdə, ondan başqa, İlham Əliyevin Avropaya, Rəcəb Təyyub Ərdoğanın Azərbaycana gözlənilən səfəri ərəfəsində bu hadisələrin baş verməsi təsadüfdür?
 

(Ardı var)
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...