Sərbəst güləş yığmamız dünya ikincisi oldu - FOTO/VİDEO

Baxış sayı: 
225
0  
0  

 
ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb.
 
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.

Загрузка...
Загрузка...