“Space” TV-nin efirində rüşvət görüntüsü – GİZLİ ÇƏKİLİŞ

Baxış sayı: 
98

 
 
Teleməkanın maraqlı layihələrindən biri olan “Olar? Olmaz!” verilişində ötən gün daha bir rüşvət təklifi tamaşçılara təqdim edilib.
 
Minval.İnfo xəbər verir ki, Arif adlı şəxs Amil Xəlilə müraciət edərək çalışdığı “Euro İnşaat” şirkəti tərəfindən aldanıldığını bildirib. O iddia edib ki, adı çəkilən firmadan “əmək müqaviləsi”ni tələb edərkən işindən olub. Hələ bu azmış kimi təhdidlərlə üzləşib.
Məsələ ondan ibarətdir ki, Arif həmin şirkətdə çalışdığını desə də şirkətin əməkdaşı “o bizim şirkətdə çalışmayıb” açıqlamasını verib. Daha sonra şirkətin digər nümayəndəsi Amil Xəlil ilə görüşərək verilişin efirə getməməsini istəyib və nə lazımdırsa etməyə hazır olduğunu bildirib.
 
Maraqlı məqam ondan ibarətdir ki, Arif bəyin həmin şirkətdə çalışmadığını deyən əməkdaş nə üçün efirin yayımlanmasının qarşısını almağa çalışır?
 
Xatırladaq ki, dəfələrlə bu verilişdə şirkət rəhbərlərinin və yaxud nümayəndələrinin aparıcı Amil Xəlilə rüşvət təkliflərinin görüntüləri açıqlığı ilə tamaşaçılara təqdim edilib.
 
Hələ ötən gün MTK rəhbəri ilə oxşar hadisə yaşayan aparıcı gizli çəkilişi efir vasitəsi ilə yayımlamışdı.
 
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55 də yayımlanır. Verilişin informasiya dəstəyi “Minval.İnfo” saytına məxsusdur.

Загрузка...
Загрузка...