“Söyüşlə siyasət olmur, kişisənsə, kişi sözü danış” - RƏŞİD MAHMUDOV

Baxış sayı: 
40
2  
0  

 “Milləti ayıltmaq, yeri gələndə bəzi məmurları da başa salmaq lazımdır ki, belə olmaz”
 
“Mən həmişə demişəm ki, bunun təqsirkarı ziyalılardır... İçində mən olmaqla, bu ziyalılar güllələnməlidir”
 
“...Buradakı bəzi savadsız siyasətçilər gedib onların atasının qəbrinin üstünə işətdilər və bizim xalqımız haqda vəhşi bir obraz yaratdılar”
 
“Dövlət başa düşməlidir ki, dövlətin də, millətin də sərvəti onun ziyalısıdır. Əgər bir ziyalı yalaqsa, yaltaqsa, bir it yalına hürürsə, vay, o millətin halına”
 
Son vaxtlar istər mətbuatda, istər də sosial şəbəkələrdə çox biabırçı mənzərə yaranıb. Belə ki, hərə bir səhifə, yaxud “Youtube” kanalı açıb, siyasiləri, ayrı-ayrı ziyalıları təhqir edir, hətta bəzi hallarda onların ailə sirrlərini cəmiyyətə açıqlayırlar. Bununla da adət-ənənlərimiz məhv olur, cəmiyyətdə böyük-kiçik yeri bilinmir.
 
Maraqlıdır ki, ölkədə yaranan bu mənəvi böhran nə ilə bağlıdır və bu problemi necə aradan qaldırmaq lazımdır?
 
“Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudovla söhbətləşdik.
 
- O “Youtube”işlədənlərə icazə verməsinlər. Heç kim özbaşına kanal aça bilməz. Özləri edirlər. Hərəsinin bir “Youtube” kanalı var, minlərlədir. İnsanları aşağılamaq, söyüş söymək mərifətsizlikdir.
 
Yadınıza gəlirmi, xaricdə olan özmüzünkülər deyirdi ki, mitinqə gedin, əlinizə, bıçaq, çəngəl, yaba alın. O bıçaq, yaba ya sənin, ya da mənim qarnıma girəcək. Buradakı bəzi savadısz siyasətçilər gedib onların atasının qəbrinin üstünə işətdilər və bizim xalqımız üçün vəhşi bir obraz yaratdılar. Bu, düzgün əməllər deyil. Amma bəri başdan deyim ki, əvvəlcə özümüz başladıq, bəzi savadsız jurnalisitlər başladı. Xatırlayırsınızsa, İsa Qəmbəri və daha kimləri kukla etdilər, danışdırdılar, bunları televiziyada birbaşa verdilər. Belə olarmı? Olmaz. Onlar edib, indi də bunlar onları söyür.
 
Mən nə iqtidaram, nə də müxalifətəm, mən haqqı deyənəm, özləri bilərlər. Ağılsız hərəkətlərdir, hər ikisi də bütün xalqımıza, dövlətimizə, dövlətçiliyimizə ziyandır. Çox pis şeydir. Mən bunların hamısını pis hesab edirəm, ayıb şeydir. Söyüşlə siyasət olmur, sözün var, kişisənsə, kişi sözü danış.
 
- Cəmiyyətdə, mənəvi böhranın yaranmasına səbəb kimi ölkədə təhsilin səviyyəsinin aşağı olduğunu düşünənlər var. Siz necə düşünürsünüz, təhsil səviyyəsinin aşağı olması ilə bunun bir əlaqəsi varmı?
 
-Adamın tərbiyəsi yoxdur, nə təhsil. Vaxt  var idi, Sovet dövründə müəllimlər tərbiyə edirdi, uşaq səhv edəndə danlayırdı, yeri gəlsə bir şillə vururdu. İndi onlar yoxdur. Bilirsənmi, millət basdı başına buraxıldı, getdi. Belə olmur, axı. Mən həmişə demişəm ki, bunun təqsirkarı ziyalılardır, xalqı düz yolla aparmalıdır. Dövlət başa düşməlidir ki, dövlətin də, millətin də sərvəti onun ziyalısıdır. Əgər bir ziyalı yalaqsa, yaltaqsa, bir it yalına hürürsə, vay, o millətin halına. İçində mən olmaqla, ziyalı yalan danışır, ağzına gələni danışır. Açıq deyirəm, içində mən olmaqla, bu ziyalılar güllələnməlidir. Bu ölkənin bu günə düşməyinin səbəbkarı bizik.
 
Bircə təhsildəmi hər şeyi görürsən? Haran düzdür ki, bircə təhsil səhvdir, bütün hamısı səhvdir, məmur özbaşınalığı da, lotuluq da, pislik də var. Bunlar hamısı bizim xəsilətmizdədir də. Milləti ayıltmaq, yeri gələndə bəzi məmurları da başa salmaq lazımdır ki, belə olmaz. Məmurlara demək lazımıdr ki, ə, kəfənin cibi olmur, yığdığın pulları o dünyaya apara bilməyəcəksən, hamısı çürüyücək. Bunu hamı deməlidir. Puşkini Puşkin edən Belinski, təniqidçisi oldu, səhvini, düzünü dedi.  Bizdə onlar yoxdur, axı. Bunun hamısının təqsirkarı ziyalılarıdır. Biz milləti yönəldə bilmədik. Biz cəmiyyət qura bilmədik. Biz dövlət qura bilmədik. And olsun Allaha, sosializmi yıxıb, yerində murdar forma bir kapitalizm qurmuşuq. Belə kapitalizm Afrikada yoxdur, a kişi.
 
- Sizcə, milli mentalitetimizin, adət-ənənələrimzin məhv olmasında kimlər maraqlıdır?
 
- Gəldin, nöqtəsinə indi düşdün, bax. Yalandan mən səndə, səndə məndə hər şeyi gor, bu, düz deyil, maraqlı adamlar var. Azərbaycanın 10%-i başqa ölkələrin “şpion”larıdır. Amerikanın, Rusiyanın “şpion”ları var. Ən çox olan Rusiyanındır.
 
 -Məqsədləri nədir?
 
 -İstəyir ki, içəridən bizi dağıtsın. Biz biri-birimizi qıraq. Onu da eləyirlər.
 
-Rəşid müəllim, “söyüş kampaniyası”nın arxasında hakimiyyətdə konkret hansısa maraqlı qüvvələrin olduğunu deyənlər var. Siz bu iddia ilə razılaşırsınızmı?
 
 -O da var. O xaricdən söyüş söyənlər iki qrupa bölünüblər, bir qrupu bir tərəfdədir, bir qrupu da o biri tərəfdədir. O, ona söydürür, bu da buna söydürür. Sən Allah, mənə hər şeyi danışdırma, başımı ağrıtma.
 
-Rəşid müəllim, bu gün telenkallarımızda yayımlanan seriallar da ürəkaçan deyil. Seriallarda Azərbaycan ailəsini çox xoşagəlməz tərzdə təbliğ edirlər. Həqiqətənmi Azərbaycan ailəsi bu gündədir, yoxsa bütün bunlar məqsədli şəkildə təbliğ olunur?
 
-Bakı  şəhərinin mərkəzinə hindlilər gəlib dolub.  kitaylar da, koreyalılar gəldi, qayıtdı. Ərəblər də gəlib, qayıdacaq. Amma hindlilər bura dadansa, and olsun Allaha, Bakıda bir insan qalmayacaq, hər yeri hindlilər tutacaqlar. Ayıbdır, bunların hamısının qarşısı alınmalıdır. Niyə sənin dönər satanın yox idimi? Dönəri satan hindlidir. Get, jurnalistsən, “Malakan” bağına bax, orada bir lüt arvad heykəli qoyublar. O kimin heykəlidir? Biz lütükmü, arvadlarımız nədir? Küçə arvadıdır? Fahişədirlərmi? O qədər dahi insanların var, onun birinin heykəlini qoymursan. Məmməd Əmin Rəsulzadənin bayrağından, gerbindən, himnindən istifadə edirsən, Məmməd Əmin Rəsulzadəni bəyənmirsən və onun heykəli də yoxdur, amma lüt arvadı ora qoyursan, camaat hamısı o bağa gəlir, ayıbdır. Mən seriala baxmıram, hər şey düzəlməlidir. İnsanın, millətin kodu var, onun kodu geyimidi, yeməyidi, bir də musiqisidi. Bizim milli geyimimiz də əbadır, belində patrondaşı, kəməri olur, ona da xəncər bağlayırdılar. Kişilik əlaməti budur. Başında yaxşı papaq olur, çoban, bəy, xan papağı. Bəs, Nizaminin başına qoyduğu əmmamə nədir?
 
-Bir ziyalı kimi , Azərbaycan cəmiyyətində mövcud olan problemlərdən çıxış yolunu nədə görürsünüz?
 
-Dövlət də, hökumət də, insanlar da bilməlidir və buna cavabdeh olanlar onların hamısını düzəltməlidir. Nizaminin başına papaq qoymadı. Get, Dədə Qorquda bax, 4 şəkil göstəriblər. And olsun Allaha, şəklin biri “piyanski”yə, biri şaxta babaya, biri arvada oxşayır. Elə bil Valadarski fabrik o vaxt işləyirmiş, başına əski bağlayıblar, ayıbıdır.
 
- Sizcə, o şəkiləri məqsədli şəkildə təqdim ediblər?
 
-Onu sən bilərsən. Jurnalist kimi bunun hamısını çıxıb sən araşdırmalısan, mən yox. Sən araşdırmalısan ki, niyə Nizaminin, Füzilinin başında papaq yoxdur, əmmamə var. Nəsimi Şamaxıda andan olub, ömrü boyu onlar papaq qoyub, sən onun başına niyə əmmamə qoyubsan?
 
- Çox güman ki, farslaşdırırlar, ona görə əmmamə qoyurlar.
 
- Allah ölənlərinə rəhmət eləsin, indi tapdın. Fars dilində yazdığına görə, Nizamini farslaşdırırlar. Amma o, Gəncədə anadan olub. Mən Rusiya dövlətində yaşamışam, rus dilində müdafiə eləmişəm, mən rusammı? O vaxt mollaxanalar olub, fars dlində dərs keçiblər. “Cahargah” deyirlər, amma dördlükdür. Mollaxanaların caharını gətirib, bizim musiqimizi o günə salıblar, “Segah” üçlük deməkdir, o günə salıblar. Bunların hamısı analiz olunmalıdır.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...