Soyuqdəymə zamanı bunları YEMƏYİN

Baxış sayı: 
101
1  
0  

Soyuqdəyməsi olan insanlar qidalanmasına daha diqqətli yanaşmalı və bəzi məhsulları rasiondan təcili şəkildə çıxarmalıdır.
 
Publika.az xəbər verir ki, mütəxəssislər soyuqdəymə halında bir çox məhsullardan imtina etməyi tövsiyə edirlər.
 
Turşular
 

Turşular ləzzətli olsa da, xəstələnəndə onlardan uzaq durmalısınız.
 
Çiyələk
 
 
 
Çiyələyin soyuqdəymə zamanı faydalı olacağını düşünə bilərsiniz, təəssüf ki, belə deyil. Çiyələk burun və sinuslarınıza narahatlıq yarada biləcək yüksək səviyyədə histamin ifrazına səbəb olur.
 
Rəfinə edilmiş qidalar
 
 
Bütün işlənmiş qidalar zərərli və ya uğursuz seçimdir. Ancaq bunların arasında çox miqdarda duz, şəkər və yağ ehtiva edənlər daha təhlükəlidir. Tərkibindəki maddələr bədəndə iltihaba səbəb ola bildiyi üçün sağalma prosesini ləngidir. Bu səbəblə sağalana qədər duzlu qəlyanaltılar, kolbasa və bütün işlənmiş ət məhsullarından uzaq olmaq faydalıdır.
 
Şəkər
 
 
 
Şəkər immun sisteminin xəstəliklə mübarizə qabiliyyətini müvəqqəti olaraq poza bilər. Odur ki, pisləşməmək üçün şirniyyat istəklərinizi nəzarət altında saxlamağa çalışın.
 
Qızartmalar
 
 
 
Öskürək və ya boğaz ağrısı varsa, çubuq, çipsi və smit kimi xırtıldayan məhsullar ağrını şiddətləndirə bilər.
 
Düzgün qidalar immun sisteminizi gücləndirməyə və simptomları tez bir zamanda aradan qaldırmağa kömək edə bilər.
 
Toyuq şorbası
 
 
 
Tədqiqatlar göstərir ki, toyuq şorbası soyuqdəyməyə müalicəvi və iltihabönləyici təsir göstərir.
 
Acı bibər
 
Acı biber
 
Çili bibəri soyuqdəymə simptomlarını yüngülləşdirə bilən kapsaisin ehtiva edir. Kapsaisin bəlğəmgətirici təsirə malikdir. Seliyi parçalaya bildiyi üçün öskürəyi rahatlaşdıra bilər.
 
Zəncəfil
 
 
 
Bir stəkan isti zəncəfil çayı soyuqdəyməyə qarşı effektiv vasitədir. Bu güclü ədviyyat virusla mübarizə aparmağa kömək edən ağrıkəsici və iltihab əleyhinə təsir göstərir. Zəncəfil öskürəyi yatırır və boğazı sakitləşdirir.
 
Zoğal
 
 
 
Zoğal C vitamini və immunitetinizi dəstəkləyəcək quersetin adlı antioksidantla zəngindir. Florida Universitetində aparılan araşdırmanın nəticələrinə görə, zoğal suyu içən insanlar soyuqdəyməni daha yüngül keçirir. Odur ki, tez-tez zoğal çayı için.
 

Загрузка...
Загрузка...