Soydaşlarımız arasında parçalanma yaratmaq cəhdləri – DİASPOR KOMİTƏSİNƏ QARŞI MƏKRLİ PLAN

Baxış sayı: 
83
1  
0  

Hərfi mənada “səpələnmə” anlamı verən “diaspor” sözünün yaranma tarixi çox-çox qədimlərə təsadüf edir. Bir xalqın nümayəndələrinin aid olduğu və tarixən yaşadığı torpaqlardan uzaq məsafələrə köçməsi, daha sonra orada öz tarixi vətənləri naminə ictimai fəaliyyət göstərməsi bilavasitə diasporun formalaşması ilə nəticələnir.
Azərbaycanlıların dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi bir neçə əsr əvvəl başlanıb. Milli diasporumuz çox çətin yollardan keçərək formalaşıb, amma bu gün onun daha da güclənməsi vacibdir. 
Təəssüf ki, xaricdəki mövcud siyasi reallıqlar və digər səbəblər zaman-zaman Azərbaycan diasporuna problemlər yaşadıb, onun güclənməsinə maneçiliklər törədib. 
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi nəhyət dövlət müstəqilliyimizin bərpasından sonra - ötən əsrin 90-cı illərinin əvvələrindən başlayaraq rəsmi siyasət səviyyəsində dəstəklənən aşkar prosesə çevrildi.
Həmin ərəfədə Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı ümummilli bəla dünyada yaşayan soydaşlarımızı da ayıltdı və tarixi Vətən ətrafında həmrəyliyi artıq dərəcədə aktuallaşdırdı.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşmasına, ölkəmizlə əlaqələrin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. 
Bu istiqamətlərə soydaşlarımızın daha çevik təşkilatlanması, assimlyasiya proseslərinin inteqrasiya ilə əvəzlənməsi, diaspor təşkilatlarının milli maraqlar və azərbaycançılıq ideologiyası ətrafında cəmləşdirilməsi, diaspordan lobbiçiliyə keçidin təmin olunması və s. daxildir. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq həyata keçirilməkdədir.    
Beləliklə də Azərbaycanın diaspor tarixində yeni dönəm başlayıb. 
Harada yaşamasından asılı olmayaraq diaspor işi hər bir azərbaycanlı üçün müqəddəs iş hesab olunmalıdır. Nə yazıqlar ki, bəzən bu məsələ ilə bağlı bilərəkdən, ya da bilməyərəkdən özfəaliyyət, görülən işlərə kölgə salan fəaliyyətlər ortaya çıxır. Bu isə yolveriıməzdir və birmənalı olaraq gələcəyimizə qarşı çevrilmiş addım kimi qiymətləndirilməlidir. 
Çox da uzağa getməyək, buna misal olaraq bu ilin avqustun 3-də Bakıda “İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırma mərasimini göstrəmək olar. Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) birgə təşkilatçılığı ilə keçirilən tədbir əgər diaspor işinin möhkəmlənməsinə xidmət etsəydi, bunu ancaq alqışlamaq olardı.
Diqqət edin, tədbirin təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsinin adından sui-istifadə edir, guya tədbirin rəsmi qurum tərəfindən dəstəkləndiyi görüntüsü yaradır. Bununla da diasporda təmsil olunan soydaşlarımız arasında növbəti dəfə çaşqınlıq yaradılır.  
Əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olub ki, əslində dispor təşkilatları və nümayəndələrinin fəaliyyətini birtərəfli şəkildə qiymətləndirən, ciddi aktivliyilə seçilməyən şəxsləri diaspor fəalı kimi təqdim edən, onları mükafatlandıran mərasim heç əvvəldən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənməyib.
Bunu həmin mərasimdə iştirak edən bəzi nümayəndələr də sonradan bilərək, etiraz ediblər. Diaspor fəalları İlhan Aşkın, Orxan Həsənoğlu, Cəvahir Əhmədovanın etirazında vurğulanıb ki, cəmi 7-8 ölkəni əhatə edən müsabiqə bütövlükdə Azərbaycan diaspor hərəkatını təmsil edə bilməz.
Mərasimdə xaricdə yaşayan soydaşlarımızla bağlı yeni xətt tutan Dövlət Komitəsinə yönəlik az qala təhdid xarakterli mesajların səsləndirilməsi, tədbir iştirakçıları olan bəzi şəxslərin isə sosial şəbəkələrdəki paylaşımlarında diasporun birləşləşməsi üçün atılan addımları (Ukraynada uzun illər küsülü olan iki diaspor sədrinin bir araya gətirlməsi nümunəsini) qeyri-ciddiyə alması da inidiki məqamda təəccüb və təəssüf doğrmaya bilməzdi.   
3 avqust tarixli həmin mərasimin iştirakçısı olmuş millət vəkili Aydın Mirzəzadə də əməkdaşımızla söhbət zamanı yaranmış durumdan təəssüfləndiyini deyib:
“Mənə özünü Toğrul Allahverdili adında bir təşkilat sədri kimi təqdim edən biri zəng etdi və tədbirdə iştirakımı istədiklərini, adıma dəvətnamə olduğunu söylədi. İlk olaraq tədbirdən Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatının olub-olmadığını soruşdum. Bildirdi ki, onlar məlumatlıdır və mərasimdə rəsmi qurumun da nümayəndəsi olacaq. Mən onun sözünə inandım, tədbirə gəldim və iştirak etdim. Diaspor və Azərbaycan  əlaqələri ilə bağlı öz mövqeyimi bildirdim. Orada həm Azərbaycan ictimaiyyətinin bəzi fəalları, həm də birinci dəfə gördüyüm xaricdəki Azərbaycan diaspor nümayəndələrilə rastlaşdım”. 
Deputat belə tədbirin Diaspor Komitəsi ilə birgə keçirilməməsinə təəssüf etdiyini vurğulayıb:
“Çox istəyərdim ki, istənilən Azərbaycan diaspor fəalı rəsmi qurumla - Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət göstərsin, məsləhətləşmələr keçirsin, eyni zamanda gələcəklə əlaqəli müzakirələr  aparsın. Təəssüf edirəm ki, birincisi, mənə yanlış məlumat veriblər. Digər tərəfdən,  gələcəkdə diaspor fəallarından çox  xahiş edərdim ki, bu cür tədbirləri mütləq və mütləq Diasporla İş üzrə Dövlət Komitəsi  ilə  birlikdə keçirsinlər”.
Bu gün Azərbaycan diasporunu dünyanın 50-dən çox ölkəsində 548-dən çox təşkilat təmsil edirsə, belə müsabiqələrə kiçik bir qismi cəlb etməklə digərlərində narazılıq doğurmaq ciddi yanlışlıq sayılmalıdır. Bu gün dünya azərbaycanlılarının siyasi-ideoloji birliyini aşağıdakı zərurət təkidlə tələb edir: 
Azərbaycan dövlətçiliyinin mənafeyi; dünya azərbaycanlılarının maraqları; dünya nizamında layiqli yer tutmaq və onunla ahəngdar inteqrasiyanın zəruriliyi. 
Bu baxımdan, diaspor məsələsinə diqqətli və həssas yanaşamaq, şəxsi maraqları bir kənara qoymaq, xaricdəki soydaşlarımız arasında parçalama yaradacaq bütün addımlardan çəkinmək, milli və dövlətçilik maraqlarına uyğun gəlməyən mərasimləri təxirə salmaq torpaqlarının 20 faizi işğal altında olan Vətən üçün vacib və tələb olunandır...

Hurriyyet.org
 
P.S. Onsuz da Azərbaycan diasporunun güclənməsinə qarşı ermənilər və onlara dəstək olan qüvvələr bəzən gizli, bəzən də açıq şəkildə fəaliyyət göstərirlər. Heç olmasa gəlin özümüz özümüzə dəstək olaq.
 

Загрузка...
Загрузка...