Sovet vaxtı ən çox izlənilən Azərbaycan filmləri – İnanmayacağınız rəqəmlər...

Baxış sayı: 
152
0  
0  

Bu gün 1960-70, eləcə də, 1980-ci illərdə çəkilən Azərbaycan filmlərini sevə-sevə izləyirik. Təbii ki, onların əksəriyyətinə dəfələrlə baxmışıq. 

Amma istər aktyor oyunu, istərsə rejissor peşəkarlığı səbəbindən bu filmlərdə elə bir cazibə var ki, hər dəfə onlara sanki yenicə izləyirmiş kimi tamaşa edirik.  Təbii ki, burada digər yaradıcı və texniki heyətin də işini vurğulamaq lazımdır -operator, bəstəkar, qrim, montaj və s.

Elə bu səbəbdəndir ki, filmlərimizin bəziləri çəkildiyi dövrdə istər ölkədə, istərsə də SSRİ çərçivəsində milyonların marağına səbəb olub.

Moderator.az rus kinojurnallarına istinadən,  sovet vaxtı ən çox izlənilən Azərbaycan filmlərini təqdim edir. Burada iki kriteriya-prokat və kinoteatrdakı izləmə sayları əsas götürülüb:

Siyahının ilk pilləsində (yəni, Azərbaycan üçün ilk pilləsi) rejissor Əlisəttar Atakişiyevin  "İstintaq davam edir" (1966) filmi yer alıb.  Filmə prokatda 28,2 milyon tamaşaçı baxıb. Bu göstərici ilə film köhnə SSRİ-də ən çox izlənilən 1000 film siyahısına düşüb.

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadədən bəhs edən “Uzaq sahillərdə” filmini 27, 5 milyon tamaşaçı izləyib. Məhz bu səbəbdən də Mixaylonu canlandıran aktyor Nodar  Şaşıqoğlunu ittifaqın hər yerində sevirdilər. Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifləri isə İmran Qasımovla Həsən Seyidbəylidir.
Bu gün də sevilərək baxılan film 1958-ci ildə çəkilib. 

Bu gün də hamı tərəfindən sevilərək izlənilən “Ögey ana” filmi də keçmiş SSRİ-də milyonların baxdığı ekran əsəri olub. Rejissor Həbib İsmayılovun lentə aldığı filmə nə az, nə çox, 21,8 milyon tamaşaçı baxıb. Film 1959-cu ildə lentə alınıb. 

1967-ci ildə  çəkilən “Dağlarda döyüş” filmini isə 21, 5 milyon tamaşaçı izləyib. Siyahının dördüncü pilləsində yer alan ekran əsərinin rejissor Kamil Rüstəmbəyov, ssenariçisi isə Əhmədağa Muğanlıdır. Böyük aktyor Şahmar Ələkbərov kinoya bu filmlə gəlib.

Загрузка...
Загрузка...