Soros avtoritarizmlə mübarizə üçün 1 milyard dollar ayırır

Baxış sayı: 
64
2  
0  

Amerikalı milyarder Corc Soros avtoritar hakimiyyətlər və iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal universitet yaratmağı planlaşdırır.
 
Axar.az xəbər verir ki, bunu Corc Soros Davosdakı Ümumdünya İqtisadiyyat Forumunda çıxışı zamanı deyib. O, bu universitetin yaradılmasına 1 milyard dollar ayırmağı planlaşdırdığını bildirib.
 
Milyarder əsas hədəfinin keyfiyyətli təhsil üçün uzunmüddətli strategiya yaratmaqdan ibarət olduğunu deyib.
 
Soros 2020-ci il və ondan sonrakı bir neçə ilin təkcə Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Trampın yox, həmçinin, bütün dünyanın taleyini həll edəcəyini söyləyib.

Загрузка...
Загрузка...