​Sonu həbslə bitən 43 illik dövlət məmuru: Eldar Həsənovun həyat yolu haqqında məlumatlar

Baxış sayı: 
109
2  
0  

 
Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun dünən DTX tərəfindən saxlanılması ölkənin siyasi gündəmində ən çox müzakirə olunan mövzudur. Musavat.com ictimai marağı nəzərə alaraq E.Həsənovun haqqında avtobioqrafik məlumatları təqdim edir.
 
Eldar Hümbət oğlu Həsənov 1955-ci ildə Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb.
 
E.Həsənov 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışıb.
 
Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
 
Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunub. [
 
O, 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib. Daha sonra Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri kimi fəaliyyət göstərib.
 
E.Həsənov hüquq elmləri doktorudur, II dərəcəli dövlət ədliyyə müşaviri, rus, türk, ingilis və rumın dillərini bilir. Evlidir, 3 övladı var.
 
Sabiq baş prokurorun xidməti fəaliyyəti illər üzrə aşağıdakı kimidir:
 
1977-1990 - Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhərinin Nizami rayonunun daxili işlər şöbəsinin rəisi;
 
1990-1992 - Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi;
 
1992-1993 - İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi;
 
1993 - Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini;
 
1993-1995 - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini;
 
1995-2000 - Azərbaycan Respublikasının Baş Prokuroru;
 
2000 - Azərbaycan Pedaqoji Universitetinin müəllimi;
 
2001 - Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirici;
 
2001-2013 - Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri.
 
2013 - Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri.
 
E.Həsənov 2020-ci ilin 13 avqustunda DTX tərəfindən saxlanılıb. Ona qarşı korrupsiya ittihamları irəli sürülüb.
 
Musavat.com

Загрузка...
Загрузка...