​“Sonra gördük ki, qızdırması yoxdur...” - Etibar Babayevin xanımı

Baxış sayı: 
111
1  
0  

Ötən gün koronavirusdan dünyasını dəyişən AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev bu gün dəfn olunub.
 
Publika.az xəbər verir ki, dəfn mərasimində mərhumun az sayda yaxınları iştirak edib.
 
Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlama verib.
 
Səyyarə Babayeva açıqlamasında bildirib ki, E.Babayev iki gün ev şəraitində müalicə alıb və temperaturu 37 dərəcə olub:
 
“İki gün evdə idi, bir az müalicə aldı. Sonra gördük ki, qızdırması yoxdur, artıq 37,1 dərəcə idi. Ancaq bir qədər təngnəfəs idi. Həkimlə danışdım və məsləhət görüldü ki, ağciyərlərin kompüter tomoqrafiyası edilsin. KT-dən sonra bu diaqnoz çıxdı”.
 
 

Загрузка...
Загрузка...