“Son sözü Allaha deyəcəm”

Baxış sayı: 
59
5  
0  

 
 

 
“Cənab” Nazir! Aslanın erkəyi, dişisi olmaz!
Özünüzü biabr etməyin! Deyə bildimmi?
Diqqətli oxucu! Söyüş və təhqir ritorikası mənə bu dəfə Səhiyyə nazirliyindən gəldi. Sən demə, əsəblərini cilovlaya bilməyən nazirlər, əməkdaşları öz xəyallarında və ya yuxularında mənim üzərimdə cinsiyyət cərahiyyəsi aparıblar və məni şikayətlərimə cavab olaraq mənə ünvanladıqları məktubda və paket üzərində Məhbubə Zülfüqarova adlandırıblar. Sözsüz ki, dərhal prezidentə baş nazirə və Oktay həkimə açıq məktubla şikayət etdim ki, səhiyyə nazirliyi məni “Bülənt Ərsoyla” səhv salıb və ya eyniləşdirib. Həm də məktublarında yazıblar ki, “şikayətlərinizi başqa ünvanlara yollayın” . Hansı ki, mənim şikayətimi nazirlərə Baş nazir göndərmişdi.
Başa düşmədim, epidiomologiya mərkəzi səhiyyə nazirliyinə tabe deyilmi? İmişlinin baş həkimini Oktay həkim təsdiq edib İmişliyə göndərməyibmi?  Bu barədə şikayətlərimizi təhsil nazirliyinə, Sosial Müdafiə Nazirliyinəmi göndərməliydim? Orasını da bilirəm ki, o təşkilatlarda da həkimlər olmamış deyillər. Çünki, bu məmləkətdə “atın qabağına ət, itin qabağına ot” atırlar. Bəlkə Maştağadakı dəlixanaya göndərməliydim? Vallahi və billahi, deyəsən, dəlixananı düz tapıb istiqamətləndirmişəm, belə çıxır ki, onlar olub Şeyx Nəsrullah, məndə kefli İsgəndər.
Diqqətli oxucu! Mən yuxarıda bu dəfə ifadəsini elə-belə işlətmədim. On il bundan qabaq adını çəkmək istəmədiyim (sonda çəkəcəyəm) bir qəzet redaktoru da bu ifadəni işlətmişdi.
Ali məhkəməyə qədər getdim və təkzib verdirdim, iyrəndiyimdən təzminat da istəmədim. Sonra İmişli spirt və konyak istehsal edən zavod sahibi Saleh Səmədov məni həbs etdirməmişdən öncə, 8 martda mənə zəng edib “bayramımı” təbrik etmişdi. İmişli polisi izahat filan təşkil etdilər, dedi zarafat etmişəm?! Aldılar... buraxdılar...
Bu zat mənə “Şərəf və ləyaqətini guya təhqir etdiyimi və ona böhtan atdığımı iddia edərək məni 5.6 ay azadlıqdan məhrum etdirdi. Bax onda yuxarıda adını çəkdiyim” Həqiqət və reallıq qəzetində müsahibəsində açıq-aydın yazmışdı: Məhbubə, Məhbubə... Sənsizəm gəl, sənsizəm gəl... Əli qandallı kişiyə, nakişi ifadəsi çoxlarını göz yaşlarına qərq etmişdi... İmişlinin baş həkimi Eynulla Qasımov məndə olan məlumata görə Saleh Səmədovla çox yaxın qohumlardır. Güllənin atılmasına sifarişçi oradan da qaynaqlana bilər. “Həmən koordinat, həmən dalğa” Əks təqdirdə, Səhiyyə Nazirliyi yuxarıda ora verdiyim ifadələrə layiqdir. Hər iki təsadüf olsa belə, yenə də layiqdir. On il bundan qabaq az da olsa, məhkəmə sistemi var idi. İndi məhkəmələr vəzifəlilərin və oliqarxların çiyindaşları olduğundan kimə müraciət etməliyəm?
Bir gün qazilər (o vaxtkı məhkəmələr) Məhəmməd peyğənbərin (s.ə.s) yanına gəlib deyirlər ki, ya peyğəmbərlər sizin tövsiyələrinizdən sonra hamı yazı-pozunu öyrəndilər, başlayıblar qardaş-qardaşdan, əmioğlu əmioğlundan, ər arvaddan, arvad ərdən və s. şikayətlər etməyə. Nə məsləhət görürsünüz, kimdən yazılsın, kimdən yazılmasın? Peyğəmbər buyurur: anadan, bacıdan, qadından və cahildən, cahildən və cahildən... yazılmasın. Görünür, arada peyğənbərin məsləhətini unuduruq. İndi mənə ünvanlanmış məktuba imza atan qadındır. Mən başıma haranın daşını töküm! Peyğənbərimi inkar edim? Çar Rusiyasının əlindən dağlara çəkilən Cavad xan bir nəfəri göndərir Gəncəyə deyir ki, nökərim Hüseynə de ki, soyuqdur mənə kömür gətirsin, gedən qayıdıb gəlir xanın yanına deyir: “Xan nökəriniz Hüseyn Sizə kömür gətirməkdən imtina etdi. Xan gülür və deyir: Kişinin düşməni olar” mən bəxtəvərin də payına çarıq Hüseyn düşüb. Tanrının işi belədir. Ucaları alçaldanda, alçaqlar ucalıq iddiasında olarlar. Yox! Çarığı bir öyrədən və bir qorxudan var!
Oktay həkim cavab verə bildimmi? Öyrədəni və qorxudanı tap! Bədəli ağır olacaq! Tapmasan məsuliyyət sənin üzərində qalacaq.
Yəqin ki, ağsaqqal qardaşımın acığına gəlməz! 90-cı ildə o vaxtki 1-ci prezident tərəfindən həbs edilmiş qardaşım son sözündə belə demişdi: Baş prokuror nümayəndəsi və Ali məhkəmə üzvünə : Son sözü Allaha deyəcəm, sizə isə deyirəm: Zirvə vüqarınla öyünmə heç vaxt! Zirvəyə qar–yağış vuran görmüşəm! İlxıda ayğırlıq edən köhlənin, bir zaman ağzında yüyən görmüşəm.
Mən 1988-ci ildə stepanakerti (Qarabağı) Ermənistana birləşdirmək istəyən Manularovu həbs etdirən o kişinin qardaşıyam (bu barədə sonra).
Havanızdan düşün! Sonra gec olacaq!
 
Məhbub Əvəz oğlu Zülfüqarlı
ADP İmişli RT-nın sədri keçmiş məhbus.

Загрузка...
Загрузка...