​SON DƏQİQƏ: Ukraynada dəhşətli DÖYÜŞLƏR BAŞLADI: çox sayda ölü və yaralı var - VİDEO

Baxış sayı: 
95
2  
0  

Fevralın 18-də separatçılar Ukraynanın Donbas bölgəsində qəfil hücuma keçib.
 
Publika.az xəbər verir ki, Zolotoyda davam edən döyüşlər nəticəsində Ukrayna ordusu ağır itki verib.
 
Ukraynalı jurnalist Yuri Butusovun məlumatına görə, Zolotoydakı döyüş yerli vaxtla səhər 5-dən bəri davam edir. Cəbhədə vəziyyət gərgindir. Severodonetsk, Lisiçansk, Popasnoy sakinləri artilleriya səsi eşidirlər. Butusovun sözlərinə görə, 2018-ci ildən bəri Ukraynda bu miqyasda döyüş baş verməyib.
 
Birləşmiş Qüvvələr Əməliyyatının feysbuk səhifəsində verilən bilgiyə görə, separatçılar Novotoşkovskoye, Orexovo, Krımskoye, Xutor Volnı yaşayış məntəqələri yaxınlığında Ukrayna ordusunun mövqelərinə hücum təşkil edib. İşğalçılar Minsk memorandumu ilə qadağan edilmiş silahlarla əsgərlərə atəş açıb. 120 mm-lik minaatanlardan, 152 mm çaplı kalibr artilleriya və ağır pulemyotlardan istifadə olunub.
 
Hücum nəticəsində çox sayda əsgərin öldüyü və yaralıların olduğu bildirilir. Amma həkə ki itkilər barədə dəqiq məlumat verilmir.
 
Qeyd edək ki, bu yaşayış məntəqələrinin ərazisində müdafiəni 72-ci və 93-cü briqadaların hərbçiləri aparır.
 
Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri, qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rusiya bu ittihamı rədd edir.
 

Загрузка...
Загрузка...