​SON DƏQİQƏ: Türklərə dəhşətli hücum - Çox sayda ölü və yaralı var (YENİLƏNDİ)

Baxış sayı: 
120
3  
1  

Almaniyanın Hessen əyalətinin Hanau şəhərində 2 kafeyə edilən hücum zamanı ölənlərin sayı 11-ə çatıb.
 
Publika.az xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.
 
***
 
09:37
 
Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.
 
Publika.az xəbər verir ki, qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.
 
Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.
 
Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.
 
“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.
 
Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.
 
Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir.
 
Zümrüd

Загрузка...
Загрузка...