SON DƏQİQƏ: Türkiyəyə dəhşətli hücum - 6 şəhid, 70 yaralı (YENİLƏNDİ)

Baxış sayı: 
71
2  
0  

Suriyada "Sülh Çeşməsi" hərəkatının başlanmasına cavab olaraq terrorçular Türkiyənin yaşayış məntəqələrini atəşə tuturlar. Mardin və Şanlıurfa vilayətlərinə endirilən raket və top mərmisinin partalaması nəticəsində şəhid olan dinc sakinlərin sayı 6-ya çatıb.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışlar nəticəsində Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.
 
***
 
18:30
 
Suriyada PYD/YPG terrorçularının Türkiyənin Şanlıurfa bölgəsinə raket atması nəticəsində 3 mülki şəxs həlak olub.
 
Publika.az xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Suriya tərəfindən atılan raket mərmiləri nəticəsində “Sülh Çeşməsi” əməliyyatının ilk şəhidləri verilib: “Onlardan biri suriyalı olan 9 aylıq körpə - Məhəmməd Omardır, digər şəhid isə vergi dairəsində çalışan məmur Cihan Güneşdir”.
 
Nusaybin qəsəbəsində də bir nəfər şəhid olub, 7 vətəndaş yaralanıb. Hücum nəticəsində ümumilikdə 46 mülki şəxs yaralanıb.

Загрузка...
Загрузка...