SON DƏQİQƏ: Türkiyə üçün tarixi gün - S-400-lər gəldi /İLK GÖRÜNTÜLƏR (YENİLƏNDİ)

Baxış sayı: 
71
1  
0  

Türkiyə Müdafiə Sənayesi Nazirliyi S-400 zenit raket kompleksi ilə bağlı açıqlama yayıb.
 
Publika.az xəbər verir ki, açıqlamada deyilir:
 
“Uzaqmənzilli bölgə hava və raket müdafiə sistemi layihəsi çərçivəsində nazirlik ilə “Rosoboronexport” arasında imzalanmış anlaşmaya əsasən, S-400 sisteminin tədarükünün ilk mərhələsi bu gün başlayıb. Sistemə aid hissələrin çatıdırılması növbəti günlərdə davam edəcək. Sistem tamamilə hazır olandan sonra aidiyyəti məqamların müəyyən edəcəyi şəkildə istifadəyə veriləcək”.
 
 
***
 
12:03
 
Rusiyadan alınan S-400 zenit raket kompleksinin Türkiyəyə tədarükü başlayıb.
 
Publika.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi açıqlayıb.
 
Açıqlamada sistemin ilk qrup parçalarının Ankarada yerləşən Mürtəd Hava Meydanına yerləşdirilməsinə bu gün başlandığı bildirilib.
 
S-400 zenit raket kompleksinin xüsusiyyətləri:
 
İstehsalçı: Almaz-Antey silah şirkəti
 
İstifadədə olan yerlər: Moskva, Suriya, Kalininqrad, Krım
 
İstifadəyə verilmə tarixi: 2007
 
Mənzili: 400 km
 
Sürəti: saniyədə 4,8 km
 
Paralel zamanda müşahidə: 80 hədəf
 
Hədəf növü: təyyarə, kəşfiyyat raketi, orta mənzilli raketlər, pilotsuz uçuş aparatı və digər havadan müşahidə sistemləri
 
Zümrüd

Загрузка...
Загрузка...