SON DƏQİQƏ: Türk ordusu kritik şəhərə hücuma başladı, şok görüntülər yayıldı... - FOTO/VİDEO (YENİLƏNİR)

Baxış sayı: 
135
1  
0  

Türkiyə “Sülh çeşməsi” əməliyyatı çərçivəsində ən kritik yerlərdən biri olan Menbiç əməliyyatına başlayıb.
 
Publika.az xəbər verir ki, Suriya Milli Ordusu əməliyyatla bağlı rəsmi açıqlama verməyib, amma ön cəbhədə mövqe tutan birliklərini Menbiçə daxil olmaq ərəfəsində olduğunu qeyd edib.
 
Hazırda artilleriya və havadan dəstəklənən əməliyyatın birinci hissəsi başlanıb.
 
Qeyd edilir ki, Suriya Milli Ordusunun əgərləri Menbiçə əməliyyata başlandığını video görüntülü çıxışlarında bildirib. Görüntülərdə zirehli texnikanın Menbiç istiqamətində hərəkətə başlandığı məlum olur.
 
 
 
***
 
17:26
 
YPG terror təşkilatının üzvləri Təl Abyadda həbsdə saxlanılan İŞİD-çiləri sərbəst buraxaraq qaçıblar.
 
Publika.az xəbər verir ki, bu barədə Milli Müdafiə naziri Hulusi Akar danışıb.
 
Nazir bildirib ki, “Sülh çeşməsi” çərçivəsində terrorçulardan azad edilən şəhərdə fəaliyyət göstərən yeganə həbsxana boş olub.
 
YPG-li terrorçuların liderlərinin həbsxanadakı portretləri və müxtəlif sənədlər ələ keçirilib.
 
***
 
15:19
 
“Sülh çeşməsi” hərbi hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Birlikləri (Bordo bereliler) Münbiçə doğru irəliləyir.
 
***
 
13:36
 
Yerli vaxtla saat 11.10 etibarilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” hərəkatı çərçivəsində Fərat çayının şərqindəki təhlükəsiz bölgənin yaradılması üçün Rəsulayn və Təl Abyadda nəzaratin ələ keçirilməsindən sonra növbəti hədəfin Eynələrəb bölgəsi olduğunu açıqlayıb.
 
Publika.az xəbər verir ki, Ərdoğanın açıqlamasından sonra Fəratın qərbindəki Qaziantepin Qarqamış və Suriyanın Cerablus şəhərindəki Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu hazırlıqlara başlayıb.
 
Qarqamış Gömrük Qapısından yük maşınları ilə keçirilən avtomobil və sursatlar təhlükəsiz bölgədə hazır formada gözləyir. Hazırlıqları tamamlayan qoşunlar prezident Ərdoğanın təlimatını gözləyir.
 
***
 
12:32
 
Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fəratın şərqini terrorçulardan təmizləmək məqsədi ilə təşkil edilən “Sülh çeşməsi” hərəkatı 6-cı günündə davam edir.
 
Publika.az xəbər verir ki, tuneldən silah-sursatları avtomobilə yükləyən YPG terrorçuları Pilotsuz Uçuş Aparatları ilə təsbit edilib və Hərbi Hava Qüvvələri tərəfindən göyə uçurdulub.
 
Türkiyə Milli Müdafiə Nazirliyi olayın görüntülərini sosial media hesablarından yayımlayıb.
 
 
 
***
 
11:06
 
Fəratın şərqini terror ünsürlərindən təmizləmək üçün təşkil edilən “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Rəsulaynın nəzarətini ələ keçirmişdi.
 
Publika.az xəbər verir ki, şəhərin mərkəzindən terrorçuların arxalarına baxmadan qaçdıqları anlar kameralarda əksini tapıb.
 
 
 
***
 
09:45
 
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalındakı terror ünsürlərinə qarşı birgə təşkil etdiyi “Sülh çeşməsi” hərəkatı 6-cı günündə davam edir.
 
Publika.az xəbər verir ki, yerli vaxtla saat 07:48 etibarilə hərəkat çərçivəsində zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayı 550-yə çatıb.
 
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb. Nazirliyin tvitter səhifəsindən verilən açıqlamada hərəkatın plana uyğun şəkildə uğurla davam etdirildiyi bildirilib.
 
NTV telekanalının bölgəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Suriyada Ayn əl-Ərəbin (Kobani) cənubundakı ABŞ-a aid müşahidə məntəqələri boşaldılıb. Türkiyə Silahlı Qüvvələrinə aid 30 tank və təxminən, 700 türk əsgəri ilə “Sülh çeşməsi” hərəkatı çərçivəsində Cerablusdan Fərat çayının üzərində qurduqları körpü ilə tankları Zormağara bölgəsinə keçirib. Hazırda Kobaniyə doğru irəliləyən TSQ Münbiçin şərqini atəşə tutub.
 
Zümrüd

Загрузка...
Загрузка...