​SON DƏQİQƏ: Ərdoğanın bir neçə saat əvvəl uçduğu hava limanında koronavirus HƏYƏCANI

Baxış sayı: 
149
4  
1  

İranın paytaxtı Tehrandan İstanbula getmək üçün havaya qalxan sərnişin təyyarəsi Ankaranın Əsənboğa hava limanına təcili eniş edib.
 
Publika.az NTV-yə istinadən xəbər verir ki, təyyarədəki sərnişinlərdən birində koronavirus simptomları aşkarlanıb.
 
Hava limanında fövqəladə vəziyyət elan olunub. Təyyarəni çox sayda tibbi briqada qarşılayıb.
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi bir neçə saat əvvəl Bakıya gəlmək üzrə həmin hava limanından uçmuşdu.
 
Zümrüd

Загрузка...
Загрузка...