SON DƏQİQƏ: məşhur azərbaycanlı Xalq artisti VƏFAT ETDİ

Baxış sayı: 
90
3  
0  

 Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Rafael Dadaşov 74 yaşında dünyasını dəyiib.
publika.az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.
Görkəmli kino və teatr aktyoru Rafael Dadaşov bu gün müalicə olunduğu xəstəxanada vəfat edib.
Aktyorun qızının həyat yoldaşı Publika.az-a sənətçinin bir neçə saat əvvəl keçindiyini deyib: "Vəziyyəti pisləşəndə hamımızdan halallıq aldı. Son sözləri bunlar oldu. Başımız çox qarışıqdır, hələ ki, hadisənin şokunu yaşayırıq. Harda dəfn edilməsi, vida mərasiminin olacağı ilə bağlı məlumatım yoxdur. Bir neçə saat sonra dəqiq məlumat yayacağıq", deyə o qeyd edib.
Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışırdı.
Allah rəhmət eləsin, ruhu şad olsun!

 

Загрузка...
Загрузка...