​SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTOLAR

Baxış sayı: 
177
2  
0  

Böyük Britaniyanın dünyaca məşhur aktyoru, komediyaçı Terri Cons 77 yaşında vəfat edib.
 
Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri açıqlama verib. Bildirilib ki, uzun müddətdir səhhətində problemlər yaşayan aktyorun vəziyyəti bu gün daha da ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
 
Qeyd edək ki, “Monty Python” filmində canlandırdığı rolla yaddaşlarda qalan aktyor, krallığın ən tanınmış insanları arasında yer alırdı. Uelsdə anadan olan Cons həmçinin bədii yaradıcılığı ilə seçilib. Aktyor uzun müddət televiziya aparıcısı kimi də fəaliyyət göstərib.
 
Anar Türkeş

Загрузка...
Загрузка...