SON DƏQİQƏ: əməliyyatların 7-ci günündə terrorçulardan ŞOK ADDIM, Ermənistan... (YENİLƏNİR)

Baxış sayı: 
96
2  
0  

Yerli vaxtla saat 10:36 etibarilə “Sülh çeşməsi” hərəkatı çərçivəsində Şanlıurfanın Ceylnapınar ilçəsinin qarşısında yerləşən Ras əl Eyn şəhərinin ətrafı tank atışları ilə vurulub.
 
Publika.az xəbər verir ki, terrorçuların mövqeləri kəskin atəş altında saxlanır. Şəhərdəki silahlı insident və partlayış səsləri Ceylanpınarda eşidilir.
 
***
 
11:00
 
Lazım gələrsə, Ermənistan Suriyadakı erməniləri təxliyə edəcək.
 
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” hərbi əməliyyatı ilə bağlı danışarkən deyib.
 
“Etnik ermənilər Qamışlı və ətraf ərazilərində yaşayır. Dəməşqdəki səfirliyimizlə Hələbdəki baş konsulluğumuz Suriyanın şimal-şərqindəki ermıni qurumlarla daimi əlaqədədir. Hazırda bu bölgələrdə hərbi əməliyyatlar keçirilmir. Buna görə də təxliyə mövzusu gündəmdə deyil”, - mətbuat katibi bildirib.
 
Ermənistan Parlamenti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Mitar Ayrapetyan daha əvvəl verdiyi açıqlamada Təl Abyaddakı erməni ailələrini təxliyə etməyi planlaşdırdılqarını söyləmişdi.
 
***
 
09:30
 
Müharibə məkanında kritik saatlar yaşanarkən Ankara-Moskva xəttində iki önəmli telefon danışığı baş tutub.
 
Publika.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə, baş qərargah rəisi Yaşar Gülər isə rusiyalı həmkarı Valeri Gerasimov ilə telefonda Suriyadakı vəziyyəti müzakirə edib.
 
Qeyd edək ki, Türkiyənin “Hürriyət” qəzeti “Sülh Çeşməsi” hərəkatının nə zaman bitəcəyinin məlum olmadığını bildirib. Əbdülqədir Səlvinin qələmə aldığı məqalədə Milli Müdafiə naziri Hulusi Akarın İYİ Partiyasının sədri Meral Akşener və CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşündə hərəkatın planlaşdırılan təqvimdən daha tez hərəkət etdiyi, lakin əməliyyatın nə zaman sona çatacağı mövzusunda tarix vermədiyi bildirilib: “Bu, ucu açıq əməliyyatdır. Bu əməliyyatın son hədəfi isə terror korridorunu ortadan qaldırmaqdır”.
 
***
 
09:30
 
YPG/PKK terror təşkilatı Kobanidən “Fərat qalxanı” hərəkatı ilə terrorçulardan təmizlənən Cerablus bölgəsinə hücum edib.
 
Publika.az xəbər verir ki, nəticədə 3 azyaşlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
 
***
08:45
 
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı 7-ci gününə daxil olub.
 
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqladığı son məlumatlara görə, əməliyyat çərçivəsində 595 PKK/PYD/YPG terrorçusu zərərsizləşdirilib.
 
Tel Abyad və Rəsulaynda şəhər mərkəzlərinə nəzarətin tam təmin edilməsindən sonra gözlər Fəratın qərbində yerləşən Münbiçə çevrilib. YPG-nin nəzarətində olan şəhər ətrafında bazar günü axşamından bəri hərəkətliklik yaşanır.
 
Prezident Rəcəb Tayyib Ərdoğanın “Qərar verdik, icra mərhələsinə keçdik” sözləri ilə Münbiç əməliyyatının anonsu verməsindən Münbiçin şimalındakı Cerablusda Türkiyə Silahlı Qüvvələrinin hərəkətliliyi artıb. Çox sayda komanda ilə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Birlikləri sayılan “Bordo bereliler” Münbiç ətrafına göndərilib. Bölgədə tanklar və zirehli texnikanın hərəkətliliyi də diqqəti cəlb etməyə başlayıb. Bu texnika arasında hərbi birliklərin çayı keçməsi üçün nəzərdə tutulan səyyar körpülər də var.
 
Suriya Milli Ordusuna bağlı qüvvələrin də Münbiç sərhədində yerləşdirilməsinə başlanılıb.
 
İddiaya görə, Münbiç ətrafındakı hərəkətliliyin səbəbi əsas hissəsi YPG-dən ibarət olan “Suriya Demokratik Gücləri”nin Dəməşqlə razılaşdığına dair iddianın olmasıdır. İddia görə, “Suriya Demokratik Gücləri” Münbiç və Kobani də daxil olmaqla, nəzarət etdiyi bölgələrə rejim qüvvələrini çağırıb.
 
Zümrüd

Загрузка...
Загрузка...