SON DƏQİQƏ: əməliyyatların 6-cı günündə şok görüntülər yayıldı, 30 tank və 700 türk əsgəriylə... - VİDEO (YENİLƏNİR)

Baxış sayı: 
232
2  
0  

Fəratın şərqini terror ünsürlərindən təmizləmək üçün təşkil edilən “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Rəsulaynın nəzarətini ələ keçirmişdi.
 
Publika.az xəbər verir ki, şəhərin mərkəzindən terrorçuların arxalarına baxmadan qaçdıqları anlar kameralarda əksini tapıb.
 
 
 
***
 
09:45
 
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalındakı terror ünsürlərinə qarşı birgə təşkil etdiyi “Sülh çeşməsi” hərəkatı 6-cı günündə davam edir.
 
Publika.az xəbər verir ki, yerli vaxtla saat 07:48 etibarilə hərəkat çərçivəsində zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayı 550-yə çatıb.
 
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb. Nazirliyin tvitter səhifəsindən verilən açıqlamada hərəkatın plana uyğun şəkildə uğurla davam etdirildiyi bildirilib.
 
NTV telekanalının bölgəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Suriyada Ayn əl-Ərəbin (Kobani) cənubundakı ABŞ-a aid müşahidə məntəqələri boşaldılıb. Türkiyə Silahlı Qüvvələrinə aid 30 tank və təxminən, 700 türk əsgəri ilə “Sülh çeşməsi” hərəkatı çərçivəsində Cerablusdan Fərat çayının üzərində qurduqları körpü ilə tankları Zormağara bölgəsinə keçirib. Hazırda Kobaniyə doğru irəliləyən TSQ Münbiçin şərqini atəşə tutub.
 
Zümrüd

Загрузка...
Загрузка...