SON DƏQİQƏ: Milli Məclis BURAXILDI, sabah son iclas olacaq - YENİLƏNDİ

Baxış sayı: 
42
1  
0  

Sabah Milli Məclisin bu tərkibdə sonuncu plenar iclası gözlənilir.
 
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. O bildirib ki, müzakirə ediləcək qanunlar qalıb.
 
***
 
13:43
 
Milli Məclisin buraxılması ilə bağlı qərar layihəsi hazırlanıb. Layihəni sipkerin müavini deputatlara təqdim edib.
 
Publika.az-ın xəbərinə görə, qərarda ölkədə aparılan kadr və struktur islahatlara parlamentin də uyğunlaşdırılmasını ehtiva edir. İslahatların parlamenti də əhatə etməsi qərarda xüsusi olaraq yer alıb.
 
B.Muradova bildirib ki, YAP üzvü olan, bitərəf və digər müxalifət partiyalarını təmsil edən deputatlar parlamentin buraxılması təşəbbüsünü dəstəkləyib. Azərbaycan Respublikasının Konstitutsiyanın 98-ci maddəsi rəhbər tutularaq Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edib.
 
Qərar səsə qoyularaq qəbul edilib.
 
***
 
12:36
 
Milli Məclisin bu gün keçiriləniclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb.
 
Publika.az xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuqkomitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.
 
***
 
12:03
 
Milli Məclisin iclası başlayıb.
 
Publika.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.
 
Gündəlik qəbul edildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.
 
Spiker deyib ki, Nazirlər Kabinetində və digər orqanlardan aparılan kadr və struktur islahatları parlamentin də bu tələblərə uyğun olaraq yenilənməsi zərurətini yaradır: “Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məcilisin buraxılması ilə bağlı prezidentə müraciət etmək üçün iclasın çağrılmasını xahiş ediblər. Bu gün bu məsələni müzakirə edəcəyik. Konstitusiya buna imkan verir”.
 
Qeyd edək ki, hazırda Milli Məclisin YAP-dan olan komitə sədri Siyavuş Novruzov parlamentin buraxılmasına dair hakim partiyanın Milli Məclisə daxil olan mütraciətini oxuyur.
 
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Загрузка...
Загрузка...