SON DƏQİQƏ: İsrail ordusu daha bir uğura imza atdı

Baxış sayı: 
58
2  
0  

İsrail ordusu "Həmas"ın mövqelərinə hücum edib.
 
Publika.az xəbər verir ki, Qəza sektoruna edilən hücum İsrail ərazisinə atılan raket zərbələrinə cavab olub.
 
"Qəza sektorundan ölkə ərazisinə 3 raket atılmışdı. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri "Həmas" terror təşkilatının Qəzadakı bir neçə hədəfinə hücum edib", - deyə ordunun Tvitter səhifəsinə yazılıb.
 
Bundan əvvəl ordunun mətbuat xidməti İsrail hərbi qüvvələrinin Qəza zolağından üç raketin atıldığını görərək, onlardan ikisini vurduğunu bildirmişdi.
 
Atışma bir neçə sərhəd kəndində və təxminən 25 min insanın yaşadığı Sderot şəhərində həyəcan yaratmışdı.

Загрузка...
Загрузка...