Koronavirus pandemiyasına görə, təxirə salınan İngiltərə Premyer Liqası 30 apreldə də bərpa olunmayacaq. 

Offsideplus.az xəbər verir ki, İngiltərə Futbol Liqası mövcud vəziyyətlə əlaqədar çempionatın aprelin sonunda davamının qeyri-mümkünlüyü diqqətə çatdırıb.

Mövsümün bərpası ilə bağlı yeni tarixin İngiltərə Futbol Liqasının klubların nümayəndələri ilə görüşündən sonra elan ediləcəyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl Premyer Liqanın iyunun 1-i bərpa olunacağı gözlənilirdi.