SON DƏQİQƏ: Azərbaycanda yas mərasiminin keçirildiyi ev uçdu - XEYLİ YARALI VAR

Baxış sayı: 
37
1  
0  

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.
 
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.
 
Kənddə yas mərasimi keçirilən iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...