SON DƏQİQƏ: 11 kənd və bir qəsəbə azad edildi, 277 terrorçu öldürüldü, türk ordusu... (YENİLƏNİR)

Baxış sayı: 
129
4  
0  

Hərəkatın başlanmasından bu yana öldürülən terrorçuların sayı 277-ə çatıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.
 
Həmçinin, məlumata görə, əməliyyat zamanı Türkiyə ordusunun bir hərbçisi şəhid olub. Hərbçilərlə terrorçu PKK/PYD və YPG qruplaşmalarının silahlıları arasında baş verən atışma nəticəsində üç əsgər isə yaralanıb.
 
***
 
10 oktyabr 21:37
 
"Sülh Çeşməsi" hərəkatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsi PKK/YPG və İŞİD terrorçularından təmizlənib.
 
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəsəbənin nəzarət altına alınması ilə YPG-yə göndərilən istənilən yardımların yolu kəsilib.
 
Əməliyyat zamanı həmçinin Tel Abyad və Rasulayn bölgələrinin 11 kəndi terrorçulardan azad olunub.
 
Rasulaynda bir sığınacağa endirilən aviazərbə ilə 19 PKK/PYD-YPG terrorçusu öldürülüb. Beləliklə, hərəkatın başlanmasından bu yana öldürülən terrorçuların sayı 174-ə çatıb.
 
***
 
18:47
 
Türkiyə ordusu Fəratın şərqində həyata keçirilən “Sülh Çeşməsi” əməliyyatı çərçivəsində yeddi kəndi azad edib.
 
Publika.az xəbər verir ki, dünəndən başlayaraq, Tel Abyad və Rasulyan bölgələrində 7 kənd terrorçulardan təmizlənib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, dünəndən bu günə qədər 109 terrorçu məhv edilib. Əməliyyatlar zamanı Türkiyə ordusu və Azad Suriya Ordusu heç bir itki verməyib.
 
***
 
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Suriya xalqı tərəfindən secinclə qarşılanıb.
 
Publika.az xəbər verir ki, bölgəyə ezam olunan xəbər agentlikləri son dəqiqə məlumatlarını görüntülərlə birlikdə yayımlayır.
 
 
 
Fotolara aşağıdakı qalereyadan baxa bilərsiniz.
 
***
 
15:46
 
Hərəkat çərçivəsində Suriya Milli Ordusu Təl Abyadın qərbindəki Əl Yabsə və Təl Fandər kəndlərini terrorçulardan təmizləyib.
 
Publika.az xəbər verir ki, bu kəndlər hərəkat çərçivəsində təmizlənən ilk iki kənddir.
 
SMO qüvvələri Təl Abyad mahalının qərbindəki kəndlərdə təhlükəsizlik tədbirləri görür.
 
***
 
14:54
 
“Sülh Çeşməsi” hərəkatı Təl Abyad və Ras əl-Ayn bölgəsində davam edir. Hərəkat başladığı saatdan bu ana qədər 109 terrorçu öldürülüb.
 
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
 
Qeyd edək ki, hərəkat ötən gün gecə saatlarından etibarən start götürüb.
 
***
 
12:00
 
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu ölkənin şimalında YPG/PKK və İŞİD terror təşkilatlarına qarşı başladılan “Sülh Çeşməsi” hərəkatı çərçivəsində Təl Abyad – Ras əl Ayn arasındakı Təl Ərkam kəndinə yaxın bağlnatı yolunu nəzarətinə götürüb.
 
Publika.az xəbər verir ki, TSQ Ras əl-Aynın qərbindəki Təl Xələf kəndinə yaxın sərhəd divarının bir qismini sökərək bölgəyə girib. Tabatin və Əl-Muşrifah kəndlərinin nəzarəti ordu birliklərinin əlindədir.
 
YPG/PKK işğalındakı Ras əl-Ayndan təyyarə əleyhinə atılan mərmilər Ceylanpınardakı 3 evə düşüb. Evlərdən birindəki 13 və 15 yaşlı qardaşlar yaralanıb. Onlar dövlət xəstəxanasına yerləşdirilib.
 
“Sülh Çeşməsi” hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən Mardinin Suriya sərhədində yerləşən Qamışlı bölgəsində 5 YPG/PKK terrorçusu zərərsizləşdirilib.
 
Əməliyyat davam edir.
 
***
 
11:05
 
“Sülh Çeşməsi” hərəkatının başlamasından sonra YPG/PKK terrorçuları Suriyanın şimalında fərqli cəbhə açmaq cəhdi ilə “Fərat Qalxanı” hərəkatı bölgəsindən Suriya Milli Ordusuna hücumlar təşkil edib.
 
Publika.az xəbər verir ki, terrorçular Bab və Azezdə 7 kənd və SMO mövqelərini atəşə tutub. Təl Rıfat bölgəsindən isə ordunun mövqelərinə sızmağa cəhd göstəriblər.
 
SMO savaşçıları terrorçulara cavab verib. Qarşıdurma 2 saata yaxın davam edib. Türkiyə Silahlı Qüvvələri terrorçuların mövqelərini top atəşinə tutub.

Загрузка...
Загрузка...