​Solsberidə Skripalı zəhərləyən agent Sofiyada da eyni əməli törədibmiş

Baxış sayı: 
106
2  
0  

 
“Keçən il Böyük Britaniyanın Solsberi şəhərində rus casus Sergey Skripalın zəhərləməsi məsələsində əli olan agentin eyni hadisəni 4 il öncə Bolqarıstanda törətdiyi üzə çıxıb”.
 
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
 
Qəzetin verdiyi informasiyaya əsasən, London polisi və “Mİ5” əks-kəşfiyyat xidməti 4 il öncə Bolqarıstanın silah taciri Yemelyan Gerbevin zəhərlənməsi hadisəsini araşdırır. Yemelyan Gerbev bu sui-qəsddən möcüzə ilə qurtula bilib. Ən maraqlısı isə Y.Gerbevin də Sergey Skirpal və qızı kimi “Noviçok” tipli qazla zəhərlənməyə məruz qalması haqqında iddiadır.
“The Times” Rusiya Baş Kəşfiyyat İdarəsinin 3-cü agentinin Bolqarıstandakı sui-qəsdə birbaşa bağlı olduğunu güman edir.
 
“Bellingcat” saytının aşkar etdiyi kimi, Sergey Fyodorov olaraq bilinən 45 yaşlı bu şəxsin hərbi kəşfiyyatın casusu olduğu artıq sübuta yetirilib.
 
“Bolqarıstanın “Capital” qəzetinin verdiyi məlumata görə, Yemelyan Gerbev 2015-ci ildə restoranda nahar edərkən özünü çox pis hiss edib. Həmin ərəfədə Rusiya mətbuatı onu ukraynalılara silah satmaqda günahlandırırmış. Həkimlər ilkin olaraq Y.Gerbevə insult diaqnozu qoysa da, sonradan analoji simptomların həmin naharda iştirak edən oğlunda və işgüzar partnyorunda peyda olması işin yönünü dəyişib. Həkimlər onların hər üçünün zəhərləndiyini müəyyən ediblər.
 
Uçuş qeydiyyatınıa istinadən verilən məlumatlara görə, Sergey Fedotov 2015-ci ilin aprelin 24-də təyyarə ilə Moskvadan Burqasa, 6 gün sonra Bolqarıstanın paytaxtı Sofiyaya uçub, oradan dərhal Moskvaya geri dönüb. Bundan başqa, o, keçən il martın 2-də ata-qız Skripallara hücum öncəsi Londona gəlib.
 
“The Times” məsələ ilə bağlı olaraq nə Yemelyan Gerbevdən, nə də Bolqarıstanın Daxili İşlər Nazirliyindən şərh ala bilib.
 
Musavat.com

Загрузка...
Загрузка...