​Şok olay: “vətən xaini” 3 sutka okeanda üzdü – Foto

Baxış sayı: 
128
2  
0  

1974-cü ilin dekabrında bütün dünyada belə bir xəbər yayıldı: “Sovet İttifaqı vətəndaşı sərnişin laynerindən Sakit okeana tullanıb. 3 sutkadan sonra o, təkbaşına Filippin sahillərinə çıxıb”. Daha sonra ictimaiyyət həmin dəlisov şəxsin ad və soyadını öyrənir - Leninqradlı okeanoloq Stanislav Kurilov.
 
Kult.az xatırladır ki, rus alim-okeanoloq Stanislav Kurilovun 1974-cü il dekabrın 13-ü sovet turist laynerindən okeana tullanaraq, 2 gün 3 gecə təxminən 100 kilometr üzərək Filippin sahillərinə çatır. Filippin hökuməti tərəfindən həbs olunan Kurilov bir müddət həbsdə qaldıqdan sonra Kanadaya deportasiya olunur və buranın vətəndaşlığını alır.
 
Sovet hökuməti ona Vətənə xəyanət maddəsi ilə qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarmışdı.
 
“Okean məni sevir. O məni elə bil ovucun içində sahilə çıxardı”, - Kurilov açıqlamasında demişdi.
 
Sonradan S.Kurilov bu olayla bağlı “Okeanda tək” adlı kitab yazıb.
 
Kurilov 1998-ci ildə İsraildəki Tiveriad gölündə dalğıc işləri görən zaman həlak olur.

Загрузка...
Загрузка...