ŞOK: Masallıdakı qəzada oğlu ölən ana intihar etdi

Baxış sayı: 
31
1  
0  

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.
 
Turaninfo.org xəbər verir ki, bu barədə Oxu.Az-ın əməkdaşlarına qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.
 
Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.
 
Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə "Mercedes Vito” markalı mikroavtobus toqquşub.
 
Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Загрузка...
Загрузка...