Şok iddia: “Azərbaycanın əraziləri genişlənə bilər” – Böyük plan masada

Baxış sayı: 
168
1  
0  

 
“Dünya ölkələri ətrafında ilginc proseslər gedir, bunun ehtimal olunan nəticələri özünü doğrulda bilər”.
 
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
 
Ekspert dünyada baş verən geosiyasi proseslərə dair proqnozlarını açıqlayıb:
 
“Dünyada hər şey ssenari üzrə davam etməkdədir. ABŞ-da prezidentin kim olacağından tutmuş, müharibələrə kimi bütün bu proseslər bu ssenariyə daxildir. Bizim ətrafımızda da maraqlı hadisələr baş verir. Ukraynanın iki yerə parçalanması, Türkiyənin kürd və erməni məsələləri ilə üzləşəcəyi mütləqdir. Çinə isə, dünyanın bir nömrəli iqtisadi gücü olmasına imkan verə bilməzdilər. ABŞ Çinə verməli olduğu trilyonlarla dolları da siləcək. Dünya ABŞ tərəfindən idarə olunmağa davam edəcək, yanındakı, ona sərf edən rəqibi isə Rusiya qalmaqda davam edəcək. İranda isə türk və farslar arasında (Qacar-Pəhləvi dinastiyaları) dindarlarla sağollaşma yarışı başlayacaq.
 
O ki, qaldı Azərbaycanımıza. XVI əsrdə olduğu kimi, bir qədər sonra bizi ərazilərimizin yenidən genişləməsi (bizim olanların bizə qayıtması) gözlənilir”.

Загрузка...
Загрузка...