ŞOK: ABŞ Qarabağda hərbi baza yerləşdirir? - AÇIQLAMA

Baxış sayı: 
39
1  
0  

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz formulunu təqdim edib. Bu formulun mahiyyəti belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana təzyiq göstərmək üçün Amerika hərbi bazasının yerləşdirilməsi təmin edilsin.

Turaninfo.org virtualaz.org-a istinadən xəbər verir ki, belə sensasion, eyni zamanda ağlabatan olmayan bəyanatla “Rossiya 1” telekanalının “Axşam Vladimir Solovyovla” proqramında çıxışı zamanı Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixiyev çıxış edib.

Rusiyalı ekspert deyib ki, Ermənistandakı “məxməri inqilab” Vaşinqtonun rəhbərliyi ilə təşkil olunub və həyata keçirilib. “Ermənistanda indi deyirlər ki, hakimiyyət dəyişikliyi amerikalılarla heç cür bağlı olmayıb, lakin bu qətiyyən belə deyil, hamıya yaxşı məlumdur ki, Ermənistanda Amerikanın böyük sayda dayaqları var”-Mixiyev bildirib.

Rusiyalı ekspertin fikrincə ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət ona görə gərək idi ki, İrana təzyiq üçün platsdarm qazansın. Və məhz bu səbəbdən Amerika indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz fəaliyyətini artırıb.

“Onların öz planı var ki, Qarabağ məsələsini necə həll etmək lazımdır-işğal edilmi rayonları təhvil vermək, bundan sonra ora sülhməramlılar qismində Amerika qoşunlarını yeritmək və beləliklə də İrana təzyiq üçün mövqe qazanmaq”-Mixiyev öz fərziyyəsini dilə gətirib.

“Yerevan buna gedəcəkmi, məlum deyil, amma Boltonun Ermənistana səfəri zamanı belə planın təqdim edildiyi doğrudur”-Sergey Mixiyev əminliklə bildirib.

Qeyd edək ki, Qarabağa dair bütün dövrlərdə təqdim olunmuş və danışıqlar masasında olan həll variantlarında sülhməramlıların yerləşdiirlməsi məsələsini əksini tapıb. Lakin dəfələrlə açıqlandığı kimi sülhməramlı qüvvələrin ATƏT-in Minsk Qrupunun həmsdər ölkələri tərəfindən formalaşdırılmayacağına dair “centlmen razılaşması” mövcuddur. Hərçənd dəfələrlə ekspert çevrələrində və KİV-lərdə münaqişə zonasında KTMT sülhməramlılarının, yaxud Rusiya qüvvələrinin yerləşdirilməsinin nəzərdə tutulduğu haqda iddialar da səslənib. 

Загрузка...
Загрузка...