“SOCAR”-ın “gözəgörünməz” siması... - ANAR ƏLİYEVİN XALQDAN OĞURLADIĞI MİLYONLARIN İZİ İLƏ...

Baxış sayı: 
943
2  
0  

İllərdir ölkə mediasının gündəmindən düşməyən Anar Əliyev adlı şəxsin kimliyi haqqında yazılar dərc olunur. Onun gizli qalan fəaliyyəti və xaricdəki biznesi hamını düşündürməkdə davam edir. Gənc bir şəxsin Azərbaycan Dövlət Neft Şirkəti ilə 50- yə yaxın sövdələşmədə iştirak etməsi və dünyanın korrupsiya ilə bağlı araşdırmalar aparan təşkilatların siyahısinda adının ilk sıralarda çəkilməsi təsadüf sayıla və ya yanlış ola bilməzdi.
“SOCAR”-ın gözəgörünməz siması və dövlətin milyonlarını yoxa çıxaran korrupsioner şəxsin dünya mediasında da “qəhrəmana” çevrilməsi və manşetlərdə yer alması suallara cavab tapılmasını şərtə çevirir.
Realliq.info olaraq biz Dövlət Neft Şirkəti ilə sazişlərdə adı çəkilən və ölkənin maraqlarına ciddi ziyan vuran şəxsin fəaliyyəti ilə bağlı araşdırmalar apardıq. Bundan sonra saytımızda dərc olunan yazılarla Anar Əliyevin kimliyinə və onun bu günə qədər necə böyük var-dövlət sahibinə çevrilməsinə aydınlıq gətirməyə çalışacağıq.

Anar Əliyev kimdir?

İlk öncə qeyd edək ki, yazılarımızdan sonra Anar Əliyevin mediada tərəfdarları önə çıxacaq və onun pak, dövlətinə xidmət edən bir biznesmen kimi cəmiyyətə sırımağa çalışacaqlar. Hətta bu yetməmiş kimi şantaj yolunu seçərək maliyyə dəstəkçisi olan şəxsin vətən və millət üçün önəmli sima olduğunu təbliğ edəcəklər. Bu hal təbiidir və Anar Əliyevin qorunma instinqini anlamaq olar. Lakin dövlətin milyonlarının belə şəxslər və ya adlarla mənimsənilməsi kimi cinayətlərin zaman yetişdikcə araşdırılacağına və tədbir görüləcəyinə şübhəmiz yoxdur.
Anar Əliyevin qanunsuz əməllərini ört-basdır etməyə gəlincə, ümid edək ki, ölkədə ayı 150 min manatla maliyyələşən saytların bu qədər pulu necə əldə etməsi də araşdırılmalı mövzudur. SOCAR-ın, əslində Anar Əliyevin nəzarətində olan Report adlı saytın fəaliyyəti bir çox həqiqətləri üzə çıxara bilər. Azərbaycanda bu kimi saytların maliyyə dəstəkçisi olan A.Əliyevin cəmiyyətə və dövlətə hesabat verməsinin zamanı artıq yetişib. Ümid edək ki, dövlətin aidiyyatı qurumları mövzuya ciddi yanaşacaq və talanan milyonların qarşısını almaq üçün tədbirlər görüləcək. Prezidentin korrupsiyaya qarşı mübarizə aparmaq haqqında tapşırıqları Anar Əliyevin maraqlarından öndə getməməli və dövlətdən oğurlanan milyonlar qısa zamanda büdcəyə qaytarılmalıdır..
Realliq.info-nun apardığı araşdırmalardan məlum olur ki, SOCAR Trading SA şirkəti Anar Əlieyvə məxsusdur və bu şirkət vasitəsi ilə Azərbaycan neftini ikinci əldən sataraq milyonlarla dollar qazanc əldə olunması faktdır.
Bildirək ki, Anar Əliyevin adı uzun müddətdir Azərbaycan neft pullarının xaricdə silinməsi, Rövnəq Abdullayevin biznesini idarə etməsi adı ilə mətbuatın gündəmindədir. Onun Rövnəq Abdulayevin dayısı oğlu olduğu və SOCAR-da qardaşının, qohumlaırnın yüksək vəzifə sahibi olduğu deyilir. Saytıfmıza daxil olan məlumatda qeyd olunur ki, Anar Əliyev London şəhərində aldığı mülklərə milyonlarla dollar xərc çəkib. Və bu milyonlar təbii ki, Azərbaycan xalqından oğurlanmış milyonlardır.

“Global Witness” təşkilatının “Anonim Azərbaycan” hesabatı və oğurlanan milyonlar

Hələ bir müddət öncə dünyaca məşhur “Global Witness” təşkilatının “Anonim Azərbaycan” hesabatında adı hallanan Anar Əliyev olduğunu bildirən şəxsin bəyanatında onun haqqındakı iddialar “tamamilə əsassız” adlandırılıb.
Təşkilatın hesabatında cənab Əliyevə məxsus olduğu deyilən UGE (Union Grand Energy) saytında yerləşdirimiş və onun adından yazıldığı bildirilən bəyanatda həmçinin deyilir ki, ARDNŞ Prezidenti Rövnəq Abdullayevlə qohumluq əlaqələri yoxdur.
“Anar (Əlizadə) Əliyevin “Global Witness” təşkilatının hesabatına cavab olaraq şəxsi “bəyanatı”nın müəllifi özünü “işgüzar fəaliyyətlə məşğul olan Azərbaycan Respublikası vətəndaşı” kimi təqdim edir.
“Global Witness”in hesabatında ARDNŞ ilə 50-yə yaxın sövdələşmədə iştirak etdiyi iddia olunan Anar Əliyevin kimliyi, bu sövdələşmələrdə nə üçün məhz onun seçildiyi sual edilir.
“Sual olaraq qalır: necə olur ki, nisbətən gənc, bundan əvvəl tanınmamış sahibkar altı il ərzində dövlət neft şirkətilə 48 sazişdə (iştirak edib)”, hesabatda deyilir. “ARDNŞ-nin UGE-Lancer-i necə seçməsi aydın deyil; “Global Witness” tenderin baş verməsi barədə … məlumat əldə edə bilməyib”.
ARDNŞ-nin hesabata cavab olaraq verdiyi bəyanatında bildirilir ki, “azərbaycanlı iş adamı” Anar Əliyevlə 2000-ci illərin əvvəllərindən əməkdaşlıq edir və bu, peşəkar mütəxəssislərə olan tələbat ehtiyacından irəli gəlib.
“…Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi”, - şirkət deyir.
Bəyanatda cənab Əliyevin “nə Azərbaycanda, nə də digər ölkələrdə heç bir zaman” cinayət məsuliyyəti predmeti olmadığı bildirilir. Amma “Global Witness”in qaldırdığı müxtəlif suallara, o cümlədən Anar Əliyevə məxsus şirkətlərin hansı prosesdən keçərək seçilməsinə aydınlıq gətirilmir.
Anar Əliyev həmçinin “gizli şəxs” kimi təqdim olunmasına münasibət bildirib. “Bu ictimaiyyətin göz önündə olmadığımdan irəli gəlir, lakin öz fəaliyyətimdə şəxsi həyatın toxunulmazlığına və ailəmin təhlükəsizliyinə daha çox diqqət yetirdiyim üçün ictimaiyyətin göz önündə olmağı tərcih etməmişəm”.
“Global Witness” hesabatında Anar Əliyevlə əlaqə saxlamağa dəfələrlə cəhd etdiyini, amma bu cəhdlərin uğursuz olduğunu bildirib.

Şəxsi bacarıq yoxsa…

Bir çoxlarına bəllidir ki, Anar Əliyevin özünümüdafiə üçün mətbuata açıqladığı fikirlər həqiqəti əks etdirmir. SOCAR Trading SA şirkətinnin rəhbəri Anar Əliyevin İngiltərədə bir neçə dəbdəbəli mülkü olması faktdır və bu şəxsin qısa zamanda milyonlar sahibinə çevrilməsi şəxsi bacarığı ilə önə çəkilə bilən reallıq deyil.
Ötən illərdə 37 Azərbaycan vətəndaşlarının London şəhərində mülk sahibi olması ilə bağlı mətbuatda məlumat dərc olunmuşdu. Həmin məlumatda qeyd olunurdu ki, Britaniya hökümətinin antikorrupsiya fəallarının apardığı kampaniyanının nəticəsində Londonda xarici ölkə vətəndaşları tərəfindən ofşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olması açıqlanıb.
Britaniya mediası yazır ki, mülkləri açıqlananlar arasında keçmiş sovet respubilkalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alıb. Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. Mülk alan oliqarxların içərisində 37 Azərbaycan vətəndaşının olması isə o qədərdə təəccüblü deyil. Çünki ölkə mətbuatında dəfələrlə verilən məlumatlarda qeyd olunub ki, Azərbaycanlı məmur-oliqarxlar Londonda övladlarının, ailə üzvülərinin adlarına qiyməti milyonlarla ölçülən mal-mülk alıblar.

Özəl mənbələrdən realliq.info-ya daxil olan məlumata görə, London şəhərində mülk alan 37 Azərbaycanlı arasındakı şəxslərdən biri SOCAR prezidentinin dayısı oğlu Azərbaycan neftinin Amerikada makleri rolunda çıxış edən, əslində isə Azərbaycan neftinin ikinci əldən satışını həyata keçirib Azərbaycan dövlətinin külli miqdarda ziyan görməsinə səbəb olmaqla yanaşı özünə milyonlar qazanan, həmçinin SOCAR-ın ofşor şirkətlərinin nəzarətçisi, onlara rəhbərlik edən Anar Əliyevdir.
Anar Əliyevin var-dövləti təkcə Londonda milyonluq villaları olması ilə bağlı yazılanlar təşkil etmir. Bu şəxsin digər Avropa ölkələrində də şirkətləri hesabına Azərbaycandan oğurladığı milyonlar hesabına biznes şəbəkəsi yaratdığı qeyd olunur.

Anar Əliyevin erməni dostları kimlərdir?

Realliq.info-nun apardığı araşdırmalar zamanı məlum olur ki, Anar Əliyevin ofşor şirkətləri düşmən saydığımız erməni şirkətləri ilə də işbirliyi qurub. Bu şəxsin dövlətin maraqlarını nəzərə almadan, lakin dövlət şirkətinin maliyyəsi hesabına qazandığı dostların sırasına düşmənlərimizi daxil etməsi utandırıcı məqamdır.
Anar Əliyevin keçmişi və hazırda sahibi olduğu biznes şəbəkəsi, eləcədə SOCAR – da vəzifə tutan qohumları barədə növbəti yazımızda ətraflı məlumatr verəcəyik. Bununla yanaşı, bu şəxsin xarici şirkətlərlə maklerlik edərək bağladığı müqavilələrin dövlətə nə qədər ziyan vurduğu da araşdırmalarımızın müzakirə mövzusu olacaq(realliq.info).

Загрузка...
Загрузка...