​“Səni saxlayan kişi…” – Rəksanə Kəmalə ilə bağlı od püskürdü (VIDEO)

Baxış sayı: 
75
1  
0  

Müğənni Rəqsanə İsmayılova İnstaqram “Live”da qalmaqallı açıqlama verib.
 
“Minval.info” xəbər verir ki, görüntülərdə ifaçı qalibin Kəmalə olacağını bildirib: “Niyə Kəmalənin “Maşın”dan əlini çəkməyini vermədiniz? Niyə pul alıb, sildiniz? əgər düzgünlük varsa, onu edin. Həqiqət nədir, onu deyirəm. Hər zaman həqiqət olan yerdə oldum.
 
Yaxşı “day-day”ın olmalıdır, səni saxlayan imkanlı kişin olmalıdır. Restoranı, oteli, klinikası olsun. Arxanda dursun, sənə pul buraxsın. Həqiqət budur. Lalə də, Türkan da, ay bala, özünüzü qırmayın. O maşın Kəmalənindir. Qorxmuram, qorxsam, çıxıb yayımlamaram”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə aparıcı Kəmalə Piriyevanın “Maşın” şouda əlini çəkməsi ilə bağlı görüntülər səs-küyə səbəb olub. “M Group Production”ın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli həmin görüntünün araşdırıldığını və Kəmalə Piriyevanın qayda pozuntusu etmədiyini deyib.
 

Загрузка...
Загрузка...