​“Səni öldürəcəm, dişlərindən boyunbağı düzəldəcəm” – Makqreqor Qetjini təhdid etdi

Baxış sayı: 
82
2  
0  

 
 
Yüngül çəki dərəcəsində müvəqqəti UFC çempionu Castin Qetji daha öncəki açıqlamasında Həbib Nurməhəmmədovu “dünyanın ən yaxşı döyüşçüsü” adlandırmış, Konor Makqreqorun isə ailə başçısı və ata kimi bərbad özəlliklərə sahib olduğunu bildirmişdi.
 
Konor tvitter hesabı vasitəsilə Qetjiyə cavab verib. İrlandiyalı döyüşçü Həbibin ancaq ayaq qucaqlamaqla məşğul olduğunu qeyd etməklə yanaşı, Castini öldürməklə təhdid edib:
“Castin, ayaq qucaqlayan biri təhlükəli ola bilməz. Əsl təhlükə ilə rəqs etməyə çalış. Ehtiyacın olan yeganə şey budur. Səni öldürəcəm, dişlərindən boyunbağı düzəldəcəm. Mənim atalıq keyfiyyətlərimdən danışmısan? Sən artıq lənətə gəlmiş ölüsən”.
(fanat.az)

Загрузка...
Загрузка...