​"Sənə xəstəxana yaraşmır, yolunu gözləyən neçə-neçə hüquqları pozulmuş insanları yadından çıxarma!" - Eldar Sabiroğlu

Baxış sayı: 
130
3  
0  

"Artıq Oktay üçün Türkiyədən Bakıya həkimlər dəvət olunub. O, bu qayğı və diqqətə layiq olan bir şəxsdir"
 
Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtoqəza nəticəsində ağır beyin travması keçirməsi onun həyatı üçün ciddi təhlükə yaratmışdır. Beyin əməliyyatı olunmasına baxmayaraq Oktay artıq neçə gündür ki, koma vəziyyətindədir. Həkimlər onun tezliklə komadan ayılmacağı barədə öz rəylərini bildiriblər. Xeyirxahlığı və humanitar təşəbbüsləri ilə cəmiyyətin böyük rəğbətini qazanan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Oktay Gülalıyevin müalicəsini öz öhdəsinə götürməsini təqdirəlayiq hadisə kimi yüksək dəyərləndirir və ona dərin təşəkkürlərimi ifadə edirəm. İnsanlıq naminə bu addımın atılması həm də onu göstərir ki, dövlət içtimai-siyasi baxışlarından asılı olmayaraq öz vətəndaşının ağır həyati probleminin həllində səmimiyyət nümayiş etdirməyə qadirdir. Artıq Oktay üçün Türkiyədən Bakıya həkimlər dəvət olunub.
Oktay bu qayğı və diqqətə layiq olan bir şəxsdir. Onun qəzası çoxları kimi məni də üzdü. Oktaya Allahdan acil şəfalar diləyir və tezliklə sağalıb ailəsinə dönməsinə arzu edirəm. Oktay, əzizim, sənə xəstəxana yaraşmır, yolunu gözləyən neçə-neçə hüquqları pozulmuş insanları yadından çıxarma!!! Yaşa, yaşa mənim dostum və qardaşım!!!
 
 
 
Eldar Sabiroğlu,
 
Milli Məclisin keçmiş deputatı
 
Hurriyyet.org

Загрузка...
Загрузка...