Səmra Rəhimli elə sözlər dedi: "İnsanlar həyat yoldaşları ilə..." - Foto

Baxış sayı: 
94
2  
0  

"Avroviziya 2016" təmsilçimiz Səmra Rəhimli bəzi insanları tənqid edib.

Turaninfo.org xəbər verir ki, Səmra Rəhimli sosial şəbəkədə bu sözləri yazıb: "Təssəvvür edin ki, karantin bir ilə yaxın davam edir. Paltarlarınızı geyinə biləcəyiniz yerlər, bahalı istirahət mərkəzlərinə gedə, bahalı maşınlarınızı heç yerə sürə bilmirsiniz. Restorana gedə və cəmiyyət içinə çıxa bilmirsiniz.

İnsanlar ailələri, seçdikləri həyat yoldaşları ilə və bir çox adamlarla birlikdə qalırlar.

Bəlkə o zaman bu günə qədər pulu üstün tutanlar necə ucuzlaşdıqlarının fərqinə vararlar.

Dostlar, pulla ala bilməyəcəyimiz hər şey ucuzdur. Söhbət təkcə əşyalardan getmir. Bəlkə bütün dünyanı silkələyən bu virus statusundan, kimliyindən asılı olmayaraq hər kəsi birlikdə olmağa kömək edər. Və bir çoxlarının içində paxıllıq, aqressivlik, və bu kimi çirkin hissləri bu virus öldürər. Özünüzü və yaxınlarını qoruyun".

Загрузка...
Загрузка...